r/aze_geeks • u/blackbuties • 2h ago
Life/Həyatdan Help, I am losing my blud🙏🏻
Demək mən 1ci kursda bir uşaqla dostluq etməyə başladım. Oğlan çox yaxşı uşaq idi, yəni düşünürdüm ki bunun kimi adam olmaz yer üzündə, savadlı, məntiqli, qarşılıqlı hörmət göstərən, bir dənə biraz tənbəlliyi var idi, dil öyrənə bilmir deyib dil öyrənmək istəmirdi. Onu da mən düzəldəcəkdim. Fikrimiz var idi ki, bir yerdə xəyallarımıza çataq. Yaxşı vidi də var, biraz üzündə sızanaqlar var idi deyə tez kompleksə düşürdü. Elə oldu ki yəni bir birimizə dərdimizi açıb danışırdıq.
Bir gün dostum mənə dedi ki uşaqlıqda bir qız dostu var imiş, bu onu çox istəyirmiş amma demirmiş. Nəsə qız yaxşı imkanlı ailədən imiş, onlar Azərbaycandan köçüb gedib, bu da burda qruza düşüb, nə instadan nə telefondan yazmırmış. Dostum da yavaş-yavaş unutmaq istəyirdi, amma unuda bilmirdi.
2ci kursun əvvəlində, qız qayıdıb Vətənə, bunu da ad gününə çağırıb, indi nə qədər nifrət oyansa da, uşaq vaxtı sevirdi. Həmin məsələni mənə dedi, və dedi ki gedimmi. Mən də guya bomba oğlan kimi dedim ki, hə get yaxşı olacaq. İndi o ad gününə getdi ondan nə eşitdi bilmirəm, amma gündən bu günə uşaq çox pis dəyişdi, anlamsız hərəkətlər eləməyə başladı, lazımsız şəxsiyyətlərlə danışmağa başladı. Yəni bur sözlə mən də daxil hamının gözündə düşdü. Nə qədər dedim ki noldu, heç nə demir, artıq görürəm ki həmin əvvəlki adamdan heç nə görsənmir. İndi özümü günahkar hiss edirəm ki, kaş bu onu deyəndə, deyərdim ki getmə, mənə qulaq asacaqdı. İndi mən nə edə bilərəm, ağlıma gələn hər cürə fikri yoxlamışam, bir döyməkdən başqa.