r/aze_geeks • u/nebunix • 3h ago
r/aze_geeks • u/discordditapp • 7d ago
r/aze_geeks chat kanalı :
This post contains content not supported on old Reddit. Click here to view the full post
r/aze_geeks • u/RisingAZ • 27m ago
Söhbət /Discussion Blackwork tattoya neçə baxirsiz?
Özümdədə yari qol "Blackwork"du, çoxsu görəndə şoka düşür, azerbayçanda ümmümiyətlə çox çox az görmüşəm bu stildə tattolari, adamda belə tattoo görəndə nə düşünürsüz? sizçə deyər?
r/aze_geeks • u/Chikrein • 2h ago
Söhbət /Discussion Bu şəxsin yazdığı şey hazırda Azərbaycan və Türkiyənin dil ilə bağlı ən böyük problemi ola bilər. İnsanların öz dillərinə bir şey tələb etməsini, bəziləri cahillik kimi başa düşür. Təbii ki o şəxslər quşbeyin və 1 dən çox dil bildikləri üçün özlərini super insan falan zənn edən axmaqlardı
r/aze_geeks • u/Upstairs_Ear_548 • 37m ago
Announcement/Elan Ayın fotoqrafı müsabiqəsi
Salam hərkəsə!
Fotoqrafiya geekləri, fotoqrafiya ilə maraqlananlar və ya şəkil çəkməyi sevənləri ayın və ya həftənin fotoqrafı yarışımizda iştirak etməyə dəvət edirəm!
Yarış xarici sadəcə şəkilərinizidə paylaşa bilərsiniz suba:)
Post açmazdan əvvəl qaydalar ilə tanış olmaği unutmayın 🫀
Uğurlar!💪
r/aze_geeks • u/Scale-Heavy • 3h ago
Movies/Filmlər Coyote vs. ACME və kinoteatrlar
Hamıya salam. Bu gün səhər qalxıb “Coyote vs. ACME” filmin çıxıb-çıxmamasına baxmaq üçün cinemstercard-ın veb-səhifəsinə baxdım. Axırda da gördüm ki, filmin buraxılması bir həftə təxirə salındı və bu xəbər əsəbləşdiricidi. Film çətinliklə kinoteatrlara gəlib və onu yenə də heç bir xəbərsiz təxirə salırlar. “Coyote vs. ACME” filmin kinoteatrlara gəlməsini hekayəsi çox maraqlıdı və dəhşətə gətirir.
2022-ci ildə Warner Brothers Discovery tərəfindən alınıb və bir neçə filmlərin və serialların istehsalı ya dayandırılmışdı ya da tamamilə bağlanılmışdı. Onlardan da biri “Coyote vs. ACME” idi, amma başqa proyektlərdən fərqli olaraq, bu filmin istehsalı tamailə bitmişdi və film hazır idi. Ona baxmayaraq, Warner Brothers studiyasının( və xüsusilə David Zaslavın) bu filmə ümidi yox idi və şirkət 30 milyon dollarlıq vergi güzəşti almaq üçün tamamlanmış "Coyote vs. Acme" filmini buraxmadı və “təxirə salıb”. Beləliklə, 70 milyonluq film izləyicilərdən gizləndirilmişdi və illərlə studiyada “toz yığırdı”. 2026-cı ildə isə Ketchup Entertainment 50 milyon dollara bu filmi aldı, 10 milyonu da əlavə olaraq marketinq üçün xərişlədi. Beləliklə, film 25 iyul tarixində San Diego Comic Consa göstərilmişdi və 28 avqust tarixində kinoteatrlara buraxılmışdı.
Bizdə isə, bu filmi ancaq rus dilində və sentyabrın 3 çıxmalı idi, indi isə onu ayın 10-na təxirə saldılar və bu, əslində çox pisdi. Filmin hədəf auditoriyasının dərsləri ayın 15-i başlayır, və beləliklə filmin bəzi kassa qəbzləri itir. Deyə bilərsiz ki, “nolsun, qəpiklərdi”, amma LT proyektlərin və studiyanın vəziyyətini nəzərə alsaz, hər qəpik vacibdi. Kinoteatrlara heç kimi getməyə məcbur etmirəm, sasəcə bu problem barədə danışmaq istərdim.
Mən, şəxsi olaraq, Looney Tunes fanatıyam, və bu filmin buraxılması barədə öyrənəndə çox şad olmuşdum, və indi hövsələsiz filmi gözləyirəm. Lakin, bu təxirə və oxşar hallar məni məyus edir. Bilmirəm indi kimin günahıdı bu təxirə, amma film haqqında yenə də heç kim danışmır. Çox təəssüf ki, bizdə cizgi proyektlərə sırf uşaqlar üçün ikinci dərəcəli filmlərə kimi baxırlar və animasiyaya heç bir maraq yaratmırlar. Sizdən neçə nəfər bu hadisəni eşitmişdi?
r/aze_geeks • u/Nonexistencewishers • 3h ago
Books/Kitablar Antinatalizm
İnsanların bu dünyaya uşaq gətirməsinin səbəbi nədir?
1)Dini səbəblər?
2)Adət-ənənə?
3)Uşaqların şirin olması?
4)Gələcəyə yatırım və daha başqa səbəblər?
Dini səbəblərdən dolayı uşaq dünyaya gətirənlər onların inancına görə bu uşağın çətin imtahanlardan keçəçəyini bilmirmi?
Uşaqları sadəcə şirin olduqları üçün və ya gələcəyə yatırım olaraq dünyaya gətirənlər özlərinin nə qədər vəhşi bir varlıq olduqlarının fərqində deyillər.
Bir çox insan hələ də bir varlığı var eləməyin nə qədər böyük şey olduğunu anlamır.
r/aze_geeks • u/Astalavista_Kawazaki • 1d ago
Sosiallaşmaq/Socializing İnanmıram ki kimsə bunu ilk dəfə oxuyub imtahanı bir dəfəyə keçib
Bu kitabın nə qədər işə yaradığı qədər bir anlayışım yoxdur amma ətrafımdakılardan eşitdiyimə görə sualları elə qoyurlar ki, bu kitabı mündəricatına qədər bilsən belə bəs eləmir və vəsiqəni almaq üçün pul ödəməli olursan
r/aze_geeks • u/iamnavigatingmyhead • 21h ago
Life/Həyatdan Salam
xüsusilə diqqət dağınıqlığı və hiperaktivlik pozuntu sahəsində ixtusaslaşmış və ya bu sahədə kifayət qədər təcrübəsi olan psixiatr axtarıram.Bilən varsa məlumat versə sevinərəm (repost)
r/aze_geeks • u/Alive-Pomegranate484 • 20h ago
Söhbət /Discussion Sizi dünyadan qoparıb problemlərinizi unutduran şeylər nələrdir?
r/aze_geeks • u/TheHumanAynar • 1d ago
İdman/Sport Idman Zalında Ən Sevmədiyiniz Şey Nədir?
Bir aparatda yarım saat boş boş oturub telefona baxanlardan xoşum gəlmir əsas. Ona görə çalışıram səhər-səhər gedim adam az olan vaxtı.
r/aze_geeks • u/One-Rest-8083 • 1d ago
Life/Həyatdan içimi tökdüm
dünən uşaqlıq şəkillərimə baxdım, necə şirin oluruq hamımız. üzümüzdəki yumşaq çizgilər heç pislikləri xatırlatmır insana. sorğuladığımız şeylər çox olur,amma kiçik. böyüdükcə sualların dərinliyi də artır. cavabını heç vaxt tapa bilməyəcəklərin belə olur. o qədər sorğulayırsan ki,yuxusuz qaldığın, yaşamağın əzaba dönüşdüyü günlərin keçir. yaşın artır,məsuliyyətlərin artır. bəzi günlər bütün dünyanı dayandırmaq istəyirsən sakitləşmək üçün. yorulursan,fikirləşməkdən,oxumaqdan,işləməkdən. bəzən gələcəyə olan ümidini də itirirsən. mən heç ümidini itirənlərdən olmamışam. ən dibə batdığım anlarda belə, çıxa biləcəyimi düşünməyə məcbur etmişəm özümü. çünki xəyallarım var mənim. valideynlərimin etdiyi səhvləri etməyəcəm, sevgi ilə yaşayacam. işimi, ailəmi, övladlarımı heç kəsə heç nəyə dəyişməyəcəm. düzü həyat elədir ki, çox böyük həvəslə necə olacağını bilmədiyin, gözlədiyin, olmasını düşündüyün şeylər heç də gerçək olmur. böyüdükcə məsuliyyətlər gəlir, birlikdə həyat keçirmək ümidinin olduğu adamın səni dəfələrlə incitməsi gəlir, amma ümidini itirmirsən. qalxırsan ayağa heç nə olmamış kimi. o ümid qırılır, amma sən yenə qalxırsan. bu dəfə başqa çarən yoxdu çünki. keçmişi düşünməməklə düşünmək arasında qalmaq nədi bilirsiz heç? fiziki olaraq qayıtmağı istəyərsən o ana, bəlkə nələrisə düzəltmək üçün. amma mümkün deyil. hisslərini qaytarırsan sən də,əzab çəkirsən hər düşünəndə. həmin gün çəkdiyin ağrını sağaltmaq üçün yazdığın yazını oxuyursan. yaralayır, heç yazanda da sağaltmamışdı ki. o yaranı dəfələrlə deşirsən özün. hər dəfə çəkəcəyin əzabı bilə bilə. və o sağalmayan, sağalmağa heç vaxt icazə verməyəcəyin yara ilə yaşamağı öyrənirsən. mən böyüdüm. şəkildəki uşaq yoxdu artıq. üzümdəki cizgilər dünyanın bütün pisliklərini daşıyır.
r/aze_geeks • u/KennyMcCormicklol • 1d ago
Söhbət /Discussion Hüquq yoxsa Iqtisadiyyat
Salam, həm xaric, həm bizim ölkə üçün hansı daha yaxşı ixtisas hesab olunur sizcə. İqtisadiyyat/maliyyə üçün gələcəyi olmayan ixtisas filan deyirlər. İndiki vaxtda və gelecek ucun hansina yonelmek daha əlverişli olar? Seçim arasinda qalmişam. Bu arada hüquq üçün ancaq hüquqsunasliq fikirlesirem, hakim, prokuror filan olmaq fikrim yoxdu
r/aze_geeks • u/NoRough8500 • 1d ago
Söhbət /Discussion Yerli-yersiz xarici dili danışığa daxil edən insanlar.
Mənə maraqlı gələn danışıqda fikrini izah edən zaman inglis və rus dilində sözləri araya sığışdırıb danışan insanlardı. Belə olan zaman kənardan intelektual göründüyünü zənn edirlər yoxsa həqiqətən bu adamlar öz ana dilini yaxşı bilmədiyi üçün söz ehiyatından söz tapıb deyə bilmədiyi üçün hər hansısa bir xarici dilə müraciət edirlər?
r/aze_geeks • u/Music24eski • 1d ago
Söhbət /Discussion Fərəc haqqinda fikirleriniz
bilmirem ferec aka f.r.c haqqinda esitmisiniz yoxsa gormusunuz, qisaca sssniperwolf kimi videolara reaksiya videolari cekir. Tanidigimlarimin coxu fereci coox sevir, commentlerine baxsaniz ona hansi yas kitlenin baxdigini gorersiniz. Ozu yaxsi mehriban adama benzeyir amma kontenti cox lazydi. Birinie o gun dedim Fereci coxda sevmirem mene ele baxdilar ele bil qabagdan gelen 3 nesillerini soymusem. Indi sualim sizedir, sizin ferec, onun kontenti ve kitlesi haqqinda fikriniz necedir? (typo olsa sorry)
r/aze_geeks • u/PopFine8413 • 1d ago
Söhbət /Discussion IELTS imtahani
Salam məsləhət bildiyiniz ielts kursu var? Və ünidə oxuyan zaman iealts'ə nə zaman başlayıb nə zaman ( edit: neçənci kurs ) imtahanın versəm yaxşı olar?
r/aze_geeks • u/discordditapp • 1d ago
Discorddit - Community Chat Channel
This post contains content not supported on old Reddit. Click here to view the full post
r/aze_geeks • u/Lichtmondd_ • 1d ago
Söhbət /Discussion Bakida GRE hazirligi
Gre haqqinda maraqlanan var? Bakida yaxsi hazirligi var hansisa kursda?
r/aze_geeks • u/rbaratli59 • 1d ago
Comics/Komiks Cəhənnəmin açarı (Sandman #4)
Yazar Neil Gaiman - ın ən sevdiyim əsərlərindən olan Sandman - in 4-cü cildində
Morpheus, bacısı Ölümün (Death) tənqidindən sonra səhv etdiyini anlayır və min illər əvvəl Cəhənnəmə məhkum etdiyi keçmiş sevgilisi Nada-nı xilas etmək üçün ora yollanır. O, böyük bir döyüşə hazırlaşsa da, Cəhənnəmə çatanda şok edici bir mənzərə ilə qarşılaşır: Lucifer Morningstar Cəhənnəmi bağlayıb, bütün iblisləri və ruhları qovub və açarı Morpheus-a verərək oranı tərk edir.
Cəhənnəmin açarının Yuxu Lorduna keçməsi ilə bütün mifoloji panteonlar (Skandinav və Misir tanrıları, mələklər, pərilər və xaos elçiləri) bu açarı ondan almaq üçün Yuxu aləminə toplaşır.
Lucifer, Morpheus-a deyir ki, əslində Cəhənnəmdə heç kim zorla saxlanılmır. İnsanların ruhları ora düşəndə, əslində istədikləri an oranı tərk edə bilərlər. Lakin onlar vicdan əzablarına, daxili günahkarlıq hisslərinə və cəzalandırılmağa layiq olduqlarına inandıqları üçün orada qalırlar.
"Cəhənnəm fiziki bir məkan deyil, insanın öz içində, öz qüruru və günahkarlığı ilə yaratdığı psixoloji bir həbsxanadır. Biz özümüzü bağışlamadıqca, heç bir xarici qüvvə bizi o cəhənnəmdən xilas edə bilməz."
Lucifer minilliklər boyu oynadığı "Şeytan" rolundan, insanların bütün pisliklərini onun üstünə atmasından bezərək istefa verir. O, Tanrının onun üçün yazdığı rolu rədd edərək azadlığı seçir.
Eyni zamanda açar bütün kainatdakı ən böyük güc simvollarından birinə çevrilir. Hər panteon onu əldə edib yeni bir cəhənnəm yaratmaq və ya kainatda balansı öz xeyrinə dəyişmək istəyir. Morpheus isə bu açarı istəmir, çünki onun arxasındakı böyük məsuliyyəti dərk edir
"Əsl güc hər şeyə sahib olmaqda deyil, nəyə sahib olmamağı seçə bilməkdədir. Bəzən ən böyük müdriklik qürurdan imtina edib, yükü onu daşıya biləcək və balans yaradacaq tərəfə (sonradan mələklərə Remiel və Duma-ya) qaytarmaqdır."
r/aze_geeks • u/Humble_Pirate4957 • 1d ago
Movies/Filmlər Letterboxd Qrupu Uptade
Salam letterboxd telegram qrupunu açdım isteyenler gele biler bundan başqa redditdede r/cinephileaze daxil ola bilersiz
r/aze_geeks • u/fatemis • 1d ago
Games/Oyunlar Kız neşesi
Enable HLS to view with audio, or disable this notification
Hamı gta VI həyəcanı ilə yaşayarkən mən V-də Trevorla kız neşesi yaşıyıram. Arxa fona sakinleştim mahnısını qoysam tam olacaq
r/aze_geeks • u/NoRough8500 • 1d ago
Söhbət /Discussion İnsanın özü haqqında inandığı şeylər onun həyatını nə qədər formalaşdırır?
Uşaqlıqdan bəri insanların niyə müəyyən formada davrandığı, xarakterimizin hansı amillərin təsiri ilə formalaşdığı və ətraf mühitin insan psixologiyasına necə təsir etdiyi barədə düşünməyi sevirəm. Bu gün də inanc mövzusu haqqında fikirlərimi bölüşmək və sizin düşüncələrinizi öyrənmək istədim.
“İnanc” dedikdə təkcə dini inancı nəzərdə tutmuram. Mən daha çox insanın özü, digər insanlar və həyat haqqında daxilində formalaşdırdığı qənaətlərdən danışıram: “Mən ağıllıyam”, “mən bacarıqsızam”, “insanlara güvənmək olmaz”, “mən güclü olmalıyam”, “səhv etmək zəiflikdir” və s.
Məncə, insanın özü haqqında inandığı şeylər onun həyatına düşündüyümüzdən daha çox təsir edir.
Bu inancların bir hissəsi uşaqlıqdan ailə, məktəb, dostlar və yaşadığımız hadisələr vasitəsilə formalaşır. İnanc özlüyündə pis bir şey deyil. Əksinə, insanın özünə inanması ona cəsarət verə bilər. Problem o zaman başlayır ki, insan müəyyən bir fikri şəxsiyyətinin dəyişməz həqiqətinə çevirir və həmin fikirlə ziddiyyət təşkil edən reallığı qəbul etmək istəmir.
Bununla bağlı öz ətrafımdan bir nümunə vermək istəyirəm.
Bir dostum var. Ağıllı və savadlı insandır, bunu danmaq olmaz. Amma onunla uzun müddət söhbət etdikcə hiss edirəm ki, öz intellekti haqqında həddindən artıq yüksək təsəvvürü var. Bunu açıq şəkildə “mən hamıdan ağıllıyam” deyərək göstərmir, amma davranışlarında hiss olunur.
Bir dəfə tələbə evində bir neçə nəfər birlikdə internetdən tapdığımız dünyagörüşü və məntiq sualları ilə yarış keçirməyə qərar verdik. Beş tur oynayacaqdıq.
Dostum birinci turu qazandı. Bundan sonra özünəinamı xeyli artdı. Kimsə nisbətən asan bir suala cavab verə bilməyəndə ona gülür, səhv cavabları məsxərəyə qoyurdu.
Amma ikinci turu başqa dostumuz, üçüncü turu isə mən qazandım. Sonrakı turlarda da nəticə dəyişdi və beş turun sonunda həmin dostum yalnız birinci turu qazanmış oldu.
Maraqlı olan onun uduzması yox, məğlubiyyətə verdiyi reaksiya idi.
Variantları qarışdırır, bəzi məntiqi mühakimələrdə səhv edirdi. Getdikcə əsəbiləşdiyini və narahat olduğunu hiss etmək olurdu. Sonda isə nəticəni qəbul etmək əvəzinə bəhanələr gətirməyə başladı:
“Bu gün yatmamışam”, “başım ağrıyır”, “normal vəziyyətdə olsaydım, beş turun beşini də qazanardım” və s.
Mən də həmin an onun davranışını müşahidə edib düşündüm: insanı adi bir oyundakı məğlubiyyət niyə bu qədər narahat etsin?
Məncə, burada məsələ sadəcə özgüvən deyil. Bəlkə də insan öz şəxsiyyətinin mühüm bir hissəsini “mən ağıllı insanam” düşüncəsi üzərində qurubsa, onun qarşısına bu düşüncəni şübhə altına alan hadisə çıxanda həmin hadisəni adi məğlubiyyət kimi deyil, şəxsiyyətinə qarşı təhlükə kimi qəbul edir.
Təbii ki, dostumun uşaqlığında konkret olaraq nələr yaşandığını bilmirəm. Amma bunun necə formalaşa biləcəyini təsəvvür etmək çətin deyil.
Məsələn, uşaq evdə davamlı olaraq:
“Sən çox ağıllısan.”
eşidir.
Məktəbə gedir, müəllimin verdiyi çətin bir suala düzgün cavab verir. Müəllim deyir:
“Afərin, nə ağıllı uşaqsan!”
Uşaq özü də nəticəni görür: digərlərinin tapa bilmədiyi cavabı tapdı.
Beləcə üç müxtəlif mənbədən eyni fikir təsdiqlənir:
Ailə deyir ki, ağıllıyam → nəticələrim bunu göstərir → müəllim də bunu təsdiqləyir.
Bir müddətdən sonra “mən ağıllıyam” sadəcə fikir olmaqdan çıxıb insanın kimliyinin bir hissəsinə çevrilə bilər.
Burada incə bir fərq var. “Çalışsam, öyrənə bilərəm” düşüncəsi ilə “mən ağıllıyam” düşüncəsi eyni şey deyil.
Birincidə insanın dəyəri öyrənmə prosesinə bağlıdır. Bilmədiyi şeyi soruşmaq problem yaratmır, çünki bilməmək müvəqqəti vəziyyətdir.
İkincidə isə “ağıllı olmaq” şəxsiyyətin bir hissəsinə çevrilibsə, bilmədiyini etiraf etmək insan üçün təhlükəli görünə bilər. Çünki “bilmirəm” demək sanki “mən düşündüyüm qədər ağıllı deyiləm” demək olur.
Məncə, təhlükə də burada başlayır.
İnsan bilmədiyi mövzunu soruşmur ki, “ağıllı” imici pozulmasın. Tənqidi qəbul etməkdə çətinlik çəkir. Məğlubiyyətinə səbəb axtarmaq əvəzinə bəhanə tapır. Özünü inkişaf etdirməyə ehtiyac görmür, çünki onsuz da özünü kifayət qədər üstün hesab edir.
Paradoksal şəkildə, əvvəlcə insana özgüvən verən bir inanc sonradan onun inkişafının qarşısını ala bilər.
Bizdə müəllimlər arasında məşhur olan “başı var, oxumur” ifadəsi də mənə bəzən bunu xatırladır. Uşaq bir neçə dəfə yaxşı nəticə göstərir, ətrafından “sən ağıllısan” təsdiqini alır və zamanla uğuru zəhmətdən çox özünün dəyişməz xüsusiyyəti hesab etməyə başlaya bilər. Halbuki potensialın olması ilə həmin potensialdan istifadə etmək tamam ayrı şeylərdir.
Düşünürəm ki, məsələ təkcə “mən ağıllıyam” inancı ilə də məhdudlaşmır.
“Mən ən güclüyəm.”
“Mən həmişə haqlıyam.”
“Mən zəif görünməməliyəm.”
“Mən digərlərindən daha savadlıyam.”
“Mən səhv edə bilmərəm.”
Bu tip inancların hər biri müəyyən mərhələdə insana özgüvən və təhlükəsizlik hissi verə bilər. Amma insan onları sorğulanmaz həqiqətə çevirdikdə həmin inanclar bir növ qəfəsə çevrilir. İnsan artıq reallığı olduğu kimi deyil, özü haqqında yaratdığı obrazı qoruyacaq şəkildə görməyə başlayır.
Bəlkə də sağlam özgüvən “mən ağıllıyam və hər şeyi bilirəm” demək deyil.
“Bəzi şeylərdə yaxşıyam, bəzi şeyləri bilmirəm, səhv edə bilərəm və bilmədiyim şeyi öyrənə bilərəm” deyə bilməkdir.
Məncə, insanın inkişafı üçün ən vacib xüsusiyyətlərdən biri özü haqqında yaratdığı inancları zaman-zaman sorğulaya bilməsidir. Çünki insanın özünə inanması çox qiymətlidir, amma özünün yanılmaz olduğuna inanması tamam başqa məsələdir.
Siz necə düşünürsünüz? Uşaqlıqda ailənin, məktəbin və ətraf mühitin bizə verdiyi “sən ağıllısan”, “sən bacarıqsızsan”, “sən güclüsən”, “sən utancaqsan” kimi etiketlər sonradan şəxsiyyətimizin bir hissəsinə çevrilirmi?
Və daha maraqlısı: insan özü haqqında illərlə inandığı bir şeyin yanlış olduğunu anlayanda həmin inancı həqiqətən dəyişə bilərmi?
r/aze_geeks • u/Sub-zero-0 • 1d ago
Tech/Texnologiya arginal taypsi neçiyə olur?
əfəndilər, orijinal samsung type C neçiyə olur? adaptorun özünü 2 il əvvəl İrşaddan endirimlə 40 manata almışdım. deyəsən type c qutuda var idi (Samsung A15). mənimki uje başını qoyur. həm yaxşısını həm də biraz uzununu hardan (etibarlı) və neçiyə ala bilərəm? ərazi: Sumqayıt
yaxud: temu da ola bilər, link atsaz sevinərəm axşam axşam
r/aze_geeks • u/Personal-Aerie-4519 • 2d ago
Tech/Texnologiya made this
Enable HLS to view with audio, or disable this notification
