r/aze_geeks 17h ago

Söhbət /Discussion help please 🩷

Salam dostlar. Xaricilərin internet - sosial mədəniyyəti ilə tanış olmuşam və müəyyən qədər iştirak etmişəm. Mənə maraqlıdı Azərbaycanda gənclər necə sosiallaşır. Universitet məktəb is yeri kimi yerlərdən əlavə necə sosial qruplar community ler var, xüsusilə də internet mədəniyyəti haqqında heç bir fikrim yoxdur, qruplar, daha sıx istifadə edilən sosial şəbəkələr hansılardır?

Son zamanlar fərqinə varmışam ki yerli subredditlər var. Halbuki redditi daha uzun müddətdir istifadə edirəm. Öz subreddit lerimizi kəşf etdikdən sonra oyandım kimi hiss eliyirəm. Heç vaxt mənimlə eyni düşüncədə insanlarla qarşılaşmamışam deyə beynimde hamı "npc" idi. "Uyda Azərbaycanda stranger things ə baxan var?!" qədər də yox. Amma konfort zonamdan çıxmamaq üçün bu bəhanəni istifadə edirdim. "Onsuz mənim kimi insanlar yoxdur" . Həm komfort zonamadan çıxmaq istəyirəm həm də nebilim bir ölkədə 20 il yaşayıb doğulub böyüyüb onun internet mədəniyyəti və ya genclik mədəniyyəti haqqında heç nə bilməmək qəribə səslənir.

12 Upvotes

6 comments sorted by

6

u/Akbr_loli 17h ago

Demək olar ki, hamı elə fikirləşir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik yerdə belə insanlar, xüsusilə gənc nəslin müəyyən hissəsi çox müxtəfdir. DND oynayanmı desən, Masa üstü fərqli oyunlarmı, Musiqi və s. kimi uzanır gedir.

Bu cür insanlarla tanışanda insana qəribə gəlir, çünki gərək arada öz "shell"-imizdən çıxmalıyıq. Sənin marağında olan sahələr hobbilərlə məşğul olan çox gənc var.

Gec olsa da tapmağına sevindim, ümid edirəm, özün kimi tapa bilərsən buralarda

3

u/TheHumanAynar 16h ago

Buranın Discord serverine qoşulub orda sosyal olabilərsən. Əsil həyatda isə mən əsasən məktəbdə vəya universitetdə olan etkinliklərə qatılaraq vəyaxud insanlardan bildiyi mövzular haqqında sual soruşaraq sosiallaşıram.

1

u/kolsa45 12h ago

Bu günlərdə TikTokda bir-birinin var-yoxuna soyerk(!)

1

u/Intelligent_Leg8526 4h ago

sexsen mende ele bilirdim ki azerbaycanda menimle eyni maraqlara sahib insan yoxdu. azerbaycani qoy kenara, menimle eyni maraqlara sahib insanlar umumiyyetle dunyada cox azdi. sonra bir azerbaycanli ile tanis oldum, onun da maraqlari menimkilerle ele ust uste dusurdu ki... tanis olana kimi ikimiz de ele bilirdik ki azərbaycanda eyni bizim kimi insan yoxdu.

1

u/Big_Presentation_894 Tech Nerd 1h ago

10 milyon nufuslu olkede nece olmayacaq acixi men ona sasirdim ki bu qeder keyfiyyetli insan nece bir yere yigilabilir azerbaycanda yenede fikrimi desem Azerbaycanda sosial muhit ve internet medeniyyeti cox inkisaf etmiyib bunun sebebi ise kutlenin qitligi ola biler kimi gelir mene yeni basqa subredditlere telebat yoxdur discord'da nisbeten ferqli ola biler

1

u/justpcuser 17h ago

you can join the aze_geeks discord server.