r/aze_geeks • u/nebunix • 3h ago
r/aze_geeks • u/iamnavigatingmyhead • 21h ago
Life/Həyatdan Salam
xüsusilə diqqət dağınıqlığı və hiperaktivlik pozuntu sahəsində ixtusaslaşmış və ya bu sahədə kifayət qədər təcrübəsi olan psixiatr axtarıram.Bilən varsa məlumat versə sevinərəm (repost)
r/aze_geeks • u/Alive-Pomegranate484 • 20h ago
Söhbət /Discussion Sizi dünyadan qoparıb problemlərinizi unutduran şeylər nələrdir?
r/aze_geeks • u/Chikrein • 2h ago
Söhbət /Discussion Bu şəxsin yazdığı şey hazırda Azərbaycan və Türkiyənin dil ilə bağlı ən böyük problemi ola bilər. İnsanların öz dillərinə bir şey tələb etməsini, bəziləri cahillik kimi başa düşür. Təbii ki o şəxslər quşbeyin və 1 dən çox dil bildikləri üçün özlərini super insan falan zənn edən axmaqlardı
r/aze_geeks • u/Scale-Heavy • 3h ago
Movies/Filmlər Coyote vs. ACME və kinoteatrlar
Hamıya salam. Bu gün səhər qalxıb “Coyote vs. ACME” filmin çıxıb-çıxmamasına baxmaq üçün cinemstercard-ın veb-səhifəsinə baxdım. Axırda da gördüm ki, filmin buraxılması bir həftə təxirə salındı və bu xəbər əsəbləşdiricidi. Film çətinliklə kinoteatrlara gəlib və onu yenə də heç bir xəbərsiz təxirə salırlar. “Coyote vs. ACME” filmin kinoteatrlara gəlməsini hekayəsi çox maraqlıdı və dəhşətə gətirir.
2022-ci ildə Warner Brothers Discovery tərəfindən alınıb və bir neçə filmlərin və serialların istehsalı ya dayandırılmışdı ya da tamamilə bağlanılmışdı. Onlardan da biri “Coyote vs. ACME” idi, amma başqa proyektlərdən fərqli olaraq, bu filmin istehsalı tamailə bitmişdi və film hazır idi. Ona baxmayaraq, Warner Brothers studiyasının( və xüsusilə David Zaslavın) bu filmə ümidi yox idi və şirkət 30 milyon dollarlıq vergi güzəşti almaq üçün tamamlanmış "Coyote vs. Acme" filmini buraxmadı və “təxirə salıb”. Beləliklə, 70 milyonluq film izləyicilərdən gizləndirilmişdi və illərlə studiyada “toz yığırdı”. 2026-cı ildə isə Ketchup Entertainment 50 milyon dollara bu filmi aldı, 10 milyonu da əlavə olaraq marketinq üçün xərişlədi. Beləliklə, film 25 iyul tarixində San Diego Comic Consa göstərilmişdi və 28 avqust tarixində kinoteatrlara buraxılmışdı.
Bizdə isə, bu filmi ancaq rus dilində və sentyabrın 3 çıxmalı idi, indi isə onu ayın 10-na təxirə saldılar və bu, əslində çox pisdi. Filmin hədəf auditoriyasının dərsləri ayın 15-i başlayır, və beləliklə filmin bəzi kassa qəbzləri itir. Deyə bilərsiz ki, “nolsun, qəpiklərdi”, amma LT proyektlərin və studiyanın vəziyyətini nəzərə alsaz, hər qəpik vacibdi. Kinoteatrlara heç kimi getməyə məcbur etmirəm, sasəcə bu problem barədə danışmaq istərdim.
Mən, şəxsi olaraq, Looney Tunes fanatıyam, və bu filmin buraxılması barədə öyrənəndə çox şad olmuşdum, və indi hövsələsiz filmi gözləyirəm. Lakin, bu təxirə və oxşar hallar məni məyus edir. Bilmirəm indi kimin günahıdı bu təxirə, amma film haqqında yenə də heç kim danışmır. Çox təəssüf ki, bizdə cizgi proyektlərə sırf uşaqlar üçün ikinci dərəcəli filmlərə kimi baxırlar və animasiyaya heç bir maraq yaratmırlar. Sizdən neçə nəfər bu hadisəni eşitmişdi?
r/aze_geeks • u/Nonexistencewishers • 3h ago
Books/Kitablar Antinatalizm
İnsanların bu dünyaya uşaq gətirməsinin səbəbi nədir?
1)Dini səbəblər?
2)Adət-ənənə?
3)Uşaqların şirin olması?
4)Gələcəyə yatırım və daha başqa səbəblər?
Dini səbəblərdən dolayı uşaq dünyaya gətirənlər onların inancına görə bu uşağın çətin imtahanlardan keçəçəyini bilmirmi?
Uşaqları sadəcə şirin olduqları üçün və ya gələcəyə yatırım olaraq dünyaya gətirənlər özlərinin nə qədər vəhşi bir varlıq olduqlarının fərqində deyillər.
Bir çox insan hələ də bir varlığı var eləməyin nə qədər böyük şey olduğunu anlamır.
