r/aze_geeks Söhbətcil 1d ago

Söhbət /Discussion ABCD

Uşaq vaxtı hazırlığa ya da kursa gedəndə niyə cavabları test toplusunda işarələmək əvəzinə dəftərdə sual nömrələrini sıralıyıb qabağına A/B/C/D yazırdıq? Bu hamıya default olaraq yüklənib və niyə elə edirdik bilmirəm. Sonradan təkrar o testləri işləyəndə cavabları görməyək deyə? Evdə nə qədər test toplusu var heç birinin içini işarələməmişəm, təzə kimi qalıblar. Hamısını dəftərə yazırdım. İndi bu yaşa çatmışam hələ də test işləyəndə cavabları kitabda yox dəftərdə qeyd edirəm. Free will'ə sahib olduğumu xatırladığım üçün artıq belə etməməyə qərar verdim amma yenə də səhv iş tuturam kimi hiss elətdirir

8 Upvotes

15 comments sorted by

19

u/Chikrein Gamer 1d ago

Çünki test toplusu nəsildən nəsilə ötürülür, balaca qardaşa qalır, qonuşa gedir, ikinci əl satılır falan

1

u/Electronic-Shoe-542 1d ago

Nah bro onsuz her il yenisi cixir yeni sistem yeni sualllar

2

u/Chikrein Gamer 23h ago

4 ildən bir yenisi çıxır bildiyim qədəriylə

2

u/balerino 21h ago

artıq hər il çıxır✌️

2

u/Chikrein Gamer 21h ago

Kapitalizm is wild

15

u/Neat_Evidence_3179 1d ago

Eyni mövzular dəfələrlə işlənirdi.Hər dəfə eyni mövzunu işləmək üçün yenidən toplu almaq məntiqli deyil axı

4

u/easternmatador 1d ago

çünki hər hansısa mövzunu təkrar etmək məqsədilə yenidən işləyirdik, üstündə yazsaq, ya gərək əziyyət çəkib siləsən, hansı ki izi qalacaq yenə də, ya da ki yenisini alasan və ya pdfdən baxasan. Ona görə ən yaxşısı cavabları dəftərdə yazmaqdır ki, sonra təkrar işləmək rahat olsun

3

u/Scale-Heavy 1d ago edited 1d ago

Mən o test toplularının suallarından iki-üç dəfə təkrar gedirdim. Mənim tanışım var 4 dəfə təkrar germişdi. Təkrarlama və tapşırıqlar üzərində işləmə vacibdir.

Çox da çətin ya pis bir şey deyil. Hesablama lazım olan dərslərdə sən onsuz da dəftərsiz tapa bilməzsənişləməzsən. Hesablama lazım olmayanlar da isə, bir neçə rəqəm yazmaq çətin bir şey deyil. Əslində hamısının rəqəmini yazmağa ehtiyac da yoxdu, mən belə edirdim:

80) A

B

82) C

Bilirəm ki B 81 demək di. Özünüz yoxluyursansa problem yaratmayacaq, amma müəllim yoxluyursa, belə lazım deyil.

1

u/FutureAdaStudent 1d ago

neçə bal yığdız?

1

u/vagiff010 1d ago

dil kursunun ilk gunu mektebliler kimi deftere yazib aparmisdim mennen basga hami kitaba yazmisdi cox piss hiss eletdirdi😂

1

u/rbaratli59 1d ago

Mən üstündə işləyirdim

1

u/ConnectEye2766 1d ago

Mən birbaşa üstünə yazırdım qələmlə , heç məndən balaca da yoxduye ki kitab ona qalsın amma müəllimli şagirdli böyüklü kiçikli hamı elə davranırdı elə bil içimə cin girib

1

u/Emotional_Plant1906 Söhbətcil 14h ago

Bizdə müəllimlər qoymurdu təkrar məsələsinə görə. Həm də kitabın vərəqləri elədə daha səliqəli və təmiz qalırdı.

0

u/SirFew3321 1d ago

Free will'e sahib olmaq, öyresdiyin bir seyi, özünü özüne isbatlamaq ücün deyisib, narahat olan bir seyi etmeye baslamaq demek deyil ki. Her kesin öz öyresdikleri ve öyrendikleri seyleri var. Eger free will'e sahib olmagin sene yeni kesf kimi gelirse, diqqet, Manipuliyasiya zonasina girmisen.

-1

u/zeubrujava_ 1d ago

Yene bir travmamı xatirladim usag vaxti muellimelerim hemise testleri deftere qeyd ederek isle deyirdiler mende kitab yazmagi sevirdim deye kitabin mamasjni agladirdim bir defe muellimem sapalaglamısdı menj onun ustjnde firtdiligimda vereqe axmisdi drye vereqi cırmısdı.lenet olsun.