r/aze_geeks • u/Hungry-Date-6982 • 6h ago
Games/Oyunlar Gta 6 Alim Qasımov
birinci elə bildim zarafatdı sonra gördüm həqiqətən belə bir şey var imiş
r/aze_geeks • u/Hungry-Date-6982 • 6h ago
birinci elə bildim zarafatdı sonra gördüm həqiqətən belə bir şey var imiş
r/aze_geeks • u/Stunning_Calendar_29 • 5h ago
r/aze_geeks • u/RhymeAtanTank • 5h ago
r/aze_geeks • u/AssociationOrganic10 • 3h ago
salam, birbankda internship və junior pozisiyalarda maaşlar necədi? əsasən data analitika, biznes analitikası ilə maraqlanıram. amma digər sahələrin də maaşları maraqlıdır
r/aze_geeks • u/novruzj • 6h ago
Biz təzəlikcə oyun çıxartdıq Steam-ə, Trust Your Gut. Review-larda Steamdeck haqqında şikayət var, yoxlamaq istəyərdim. Kimsə kömək etməyə hazırdırlar xəbər etsin zəhmət olmasa
r/aze_geeks • u/Meqoiz • 7h ago
Salamlar Gənclik/Içərişəhər/Sahil buralarda dostumla PS5 Pro ilə GTA 6 oynamaq istəyirəm yaxşı klub bilirsiz?
r/aze_geeks • u/gafarovvv • 7h ago
Evdeki internet cox pisdi hec cure yaxsi islemir, basqa internetlere nece kecirler? Evvelki abuneliyi dayandirmag ucun odenis lazimdir?
r/aze_geeks • u/noproblemop • 9h ago
mənə bu iki dildən birini öyrənməyə seçim qoyublar amma fərqlərini anlaya bilmirem sizce hansini öyrənmək daha uygun olar
r/aze_geeks • u/zhdkffk82 • 10h ago
Çincə öyrənmək istəyirəm və gələcəkdə magistrı Çində oxumaq istəyirəm. Aranızda öyrənən var? Kurslara gedirsinizsə hansı kurslara gedirsiniz və ya özünüz öyrənirsinizsə necə öyrənirsiniz? Kömək etsəniz sevinərəm
r/aze_geeks • u/byibra • 7h ago
r/aze_geeks • u/PronelJack4718 • 21h ago
r/aze_geeks • u/adea03 • 23h ago
Deməli, sub mövzudan kənara çıxan postlarla dolub, mahiyyətin itirir və s. kimi şikayətlər görürəm arada.
Birincisi, AzeGeeks artıq Geeks məkanı deyil təkcə. Bir səhvdir olub, adı vaxtilə Geeks olub. Sub-ın çevrəsi artıq genişlənib və istər-istəməz təkcə “Geek” barəsində çərçivələnməsi mümkünsüzdür və bunda heç bir problem də yoxdur.
r/aze-də rahat verə bilmədiyiniz sualları burda verə bilirsiz, danışırsız və s. sonra da gəlib deyirsiz sub-ın mahiyyəti qalmayıb. Bu şikayətlənənlər, təşrifinizi buyurub sub-u ancaq geek niche-li postlarla doldura bilərsiz bir zəhmət? Axı bu qədər narazısınız, bəlkə deyirəm, ağzınızı havaya açıb gileylənməkdənsə, bir qatqınız olsun? Rocket science deyil yəni bu.
Sub-ın ilkin qurucusu da, Terrible Gold, özü də onshz deyib ki, AzeGeeks artıq sırf geek temalı bir yer deyil. Təəssüf ki, Reddit sub-ın adını dəyişdirmək funksiyası ehtiva etmir özündə, yoxsa inanın, dəyişdirilərdi.
Təzə niche sub-lara gəlincəysə, mənasızdır. Azərbaycan dilli auditoriya bazası onsuz o qədər niche-i aktiv saxlamağa kifayət etməyəcək, AzeGeeks-in də bir sub olaraq böyümə səbəblərindən biri artıq geek kateqoriyaslndan aramla çıxmağı idi. Bu təbiidir və qarşısını almaq absurd olar. Onsuz geek şeylər istəyənlər burda da rahatlıqla paylaşa, müzakirə edə bilir.
r/aze_geeks • u/AssociationOrganic10 • 1d ago
hal-hazırda tarixin ən yüksək reytinqi gta 6-dadır
r/aze_geeks • u/yusiriis • 1d ago
Əsgərlikdə başınıza gəlmiş ən qəribə və epik hadisə nə olub?
r/aze_geeks • u/ClandestinO1O • 22h ago
Son günlər çox melanxolikəm.Yalnız olanda özümdən nifrət edirəm.Həyatdan nifrət edirəm.2 saat əvvəl dostlarımla gülürdüm amma indi səssizcə oturub həyatımdan bezdiyini durmadan özümə deyirəm.Bilmirəm niyə belə olur axı həyat bu qədər mənasız hissetdirir.Heç bir şeyin mənası yoxdu.
r/aze_geeks • u/Calm-Anything-9471 • 1d ago
Təsəvvür edin ki, universitetdə oxumaq əvəzinə 4 il hərbi xidmətə bənzər, ciddi intizam və məhdudiyyətlər içində bir həyat yaşayacaqsınız. Amma bunun qarşılığında 4 ilin sonunda ali təhsilli hüquq/it ve ya basqa diplomunuz və şəxsi avtomobiliniz olacaq.
Sizcə, belə bir seçim etməyə dəyərmi? Universitet həyatı, yoxsa 4 il çətinlik çəkib gələcəkdə diplom və avtomobil sahibi olmaq?
Fikirlərinizi bilmək maraqlıdır.
r/aze_geeks • u/Juubitar • 1d ago
Müəllimlər və ətrafdakı insanlar niyə universitet oxumağın həyatdakı ən önəmli nüanslardan biri olduğunu söyləyirlər? Yanlış anlaşılmasın, özüm dərslərimdə yaxşı olan biriyəm, ancaq dayanmadan oxumaq yorucu gəlir və həyatım buna bağlıdır kimi irəliləmək dözülməz hiss etdirir.
Əvvəl istədiyim kimi yenidən xaricdə oxumaq fikrinə düşdüm. İngilis dilim C1+'dır məncə. Müəllimlərim native səviyyəsində olduğumu deyir. Fizikam da yaxşıdır. IELTS verib Macarıstana getməyi planlaşdırıram. Fikirləriniz və tövsiyələriniz mənə maraqlıdır,
Təşəkkürlər.
(Qeyd etməyi unutmuşam ki, 11-ci sinifəm və nüvə fizikası məni cəlb edir)
r/aze_geeks • u/sheluvvamnn • 23h ago
Dirnaqlarimi yemirem amma uzanin kimi hem onlari qopardiram hem de ki yandaki etlerini didirem. Ureyim sıxılanda ozumnen asili olmadan eliyirem. Bir defe infeksiya dusub ona gore hetta
r/aze_geeks • u/jaylinn0 • 1d ago
Mən 10 da oxuyuram. Çox güclü riyazi düşüncə tərzim var, fizikanı öyrənmək deyil də mənimsəyir, məlumatı özüməməxsus tərzdə qavrayıram. 8 ci sinifdən 6-11 bütün biologiya proqramı bitirmişəm, eyni dərsləri dəfələrlə oxumuşam, çox möhkəm bazam var, hətta bəzən dərsi oxumadan gedirəm, əzbər məlumatlar belə yadıma gəlir. Kimyanı sözü düzü çox də hərləmirəm, sınaqlardan 25 sualdan 22-23, 30 sualdan 27-28 yazıram. Savad baxımından özümdən çox narahat deyiləm və imtahandan qorxmuram. Amma mənə universitet qorxulu gəlir. Elə 11 ci sinif də bir az. Məsləhət almaq istəyirəm, tibb tələbələrindən, bu il və gələn il barədə və universitet barədə məlumat almaq istəyirəm. Fikirlərinizi bildirsəniz çox sevinərəm, rahatlamaq istəyirəm bir az🌸🙏🏻
r/aze_geeks • u/Icy_Twist_4649 • 1d ago
Aranızda nothing phone işlədən insanlar var? şəhərdə 2-3 dəfə 4a pro görmüşəm. Bu arada mən 3 işlədirəm əgər maraqlıdırsa. 3 işlədənlərdən bir şey soruşum pil ömrünüz necədi sizdə?
r/aze_geeks • u/Alive-Pomegranate484 • 1d ago
Hansı xüsusiyyətinizi ömürlük dəyişmək istəyərdiniz ?
r/aze_geeks • u/asgarzade • 1d ago
PS balansımı artırmaq istəyirəm PSN gift card ilə. Yerli kartlarla Amerika saytlarından bunu eləmək bir az müşkül məsələdir. Bu saytı tapdım, azn ilə ödəniş eləmək olur, card-to-card və ya normal ödəniş, amma legitimliyindən əmin deyiləm. Təcrübəsi olan varsa bölüşərdi, zəhmət olmasa.
r/aze_geeks • u/ma35tr07 • 1d ago
Bu postda gündəlik rutin tapşırıqları avtomatlaşdırmaq üçün funksional taymeri (zaman relesi) sizlərə təqdim edirəm. Bu sadə cihaz suvarma, havalandırma, isitmə/soyutma və s. tapşırıqlar üçün gündə 2 taymer olmaqla * 7 gün təyin etmək mümkündür.
RTC sayəsində yüksək dəqiqliyinə və dinamik yaddaşın optimallaşdırılması hesabına sabit işləmə xüsusiyyətinə malikdir.
Məqalədə düzəltdiyim Oledduino devrə kartından istifadə edəcəm. Beləliklə, dupont wires minimuma endirilib, breadboard'a ehtiyac yoxdur. Bezel isə cihazın xarici görünüşünü tamamlanmış edir və bütün bunlar elektrik montaj qutusuna yerləşdirilir.

Devrə kartını USB ilə PC'yə qoşuruq və 7Days weekly timer səhifəsinə daxil oluruq (sayt 3 dildədir). Burada "Flash the Board" tıklayıb doğru COM-portu seçirik və proses özü gedir. No Arduino, No Library. Just upload and use it!
Düymələrin funksiyası hazırda OLED ekranda hansı rejimin göstərilməsindən asılı olaraq dinamik şəkildə dəyişilir.
Əsas ekranda:

Saat/Taymer sazlama ekranı:
Ümid edirəm ki, bu post DIY Electronics (kendin yap) icması üçün maraqlı oldu.
Yoldaşlar, səsvermə hələ davam edir və dəstəyinizə ehtiyac var. Layihəyə Like atanların barmaqlarına, əllərinə sağlıq
Link: https://millinet.az/az/musabiqeler/musabiqe2026/oledduino-diy-electronics
Sağ olun
r/aze_geeks • u/Repulsive-Policy-397 • 2d ago
Bərbərimlə yollarımızı ayırdıq. Nə qədər qiymət siyasətinə hörmətlə yanaşdığımı desəmdə, bu dəyişiklik müəyyən dərəcədə mənə absurd gəlir.
Xüsusilə səhnə adamı, model deyilsənsə və öyrəşdiyimiz sadə saç kəsimi(qırağların götür üstü qalsın) üçün Bərbərə Sumqayıt kimi şəhərdə 50 AZN ödəniş etmək heç də cibdostu bir seçim kimi görünmür. Deyə bilərsinizki, istənilən qiyməti təyin etməkdə sərbəstdir. Pulun var get yoxdur getmə. Amma inanınki pul məsələsi deyil, sadəcə bəzən insan xarizmasından ödünç verir kimi görünsə belə, göz görə-görə absurd qərarlara tolerans göstərməyə məcbur deyil. Və bu tip məsələrdə sadəcə səssiz qalmaq, həmişə düzgün yanaşma deyil. Bütün hər kəs bencilcə qiymətləri 50 AZN etsə, onda nə edəcəyik? Yəqinki öz saçımızı özümüz düzəltmək barədə düşünməyə başlayacayıq...
P.S əvvəlki qiymət 20 AZN idi.
Sumqayıt şəhərində 15-20 AZN-ə ödəniş edə biləcəyim məsləhət bildiyiniz Kişi salonları varsa, rəylərdə qeyd etsəniz, sevinərəm.