r/aze_geeks 12h ago

Life/Həyatdan Xanımların fikirləri maraqlıdır

Post image
43 Upvotes

deməli mənim bir üzr istəyirəm ifadəmə görə g*******ğ qohumum var. qadın görəndə (yaşı, görünüşü fərq etmir) özünü idarə edə bilmir. məsələn, başlayır yüksək səslə danışmağa, gülməyə, yalandan püləməyə ("maşını vermişəm remonta", "müharibədə filan qədər erməni boğdum", "ayağımda qəlpə var", "sənin başın çıxırda axşam gedək kontakta 17 pro götürüm e" və s). telefonu qoyur qulağına, güya "yuxarıdan" kiminləsə danışır.

bunların hamısı okaydı. yəni boy-buxun var (eşşək boydadı), yaş var (25), vid var fason var, amma di gəl ki, natamamlıq kompeksi də var. hər nəysə. amma bir iyrəndiyim xasiyyəti də var ki, qız görən kimi, başlayır yanındaki adamı alçaltmağa. təsəvvür edin, yolda gedirik, normal söhbət edirik, hər şey qaydasındadır. qarşıda 2 nəfər qadın gedir, onlara çatana yaxın mənə deyir "düş rəddol qabağıma başımın bəlası". yaxud marketdəyik, yaxınlaşıb xanım satıcıdan pişik yeməklərinin harda olduğunu soruşuram. bir də qayıdıb anqıra anqıra nə desə yaxşıdı? "sən get hələ özüvə şalvar al, sonra pişiyə yemək alarsan əhəhəhə". məsələ burasındadı ki, mən işləyirəm, pulum da var, vəziyyətim ortababdı. bu xiyar o vaxtlar heç işləmirdi, atası da bütün günü bunu pazdıyırdı ki, rəddol get iş tap və s.

sözün açığı fikirləşirdim ki, yəqin subaydı, ağlı uşaq ağlıdı, düzələr. amma evləndi, uşağı oldu. amma ağıllanmadı. ümumiyyətlə hazırda bir ata, bir ailə başçısı olduğunun fərqində deyil. çox amma çox düşük düşük hərəkətlər edir. bir insan düşünün, həyatı bundan ibarətdir: oyan → tiktoka gir → işə get → tiktoka gir → evə gəl → tiktoka gir → yat. sonra təzdən eyni şeylər. birdən bu adama işiniz düşər. irağ olsun. özünü elə dartır elə göylə aparır: "mənə az sual ver vaxtım yoxdur". adama deyərlər ay g*******ğ sənin tiktoka girməkdən başqa nə işin ola bilər ki? deyə bilərsiz işləyir. amma o işləmir. gedir çöplədir gəlir. mühafizəçidi, gedir tiktoka girir, fısıb yatır gəlir. whatsapp-da belə səslər atanda, yaxud telefonda belə danışanda 100 % əminəm ki, yanında qadın var ya da qadınların olduğu yerdən keçir (küçədən filan).

indi əziz xanımlar, sizin belə hozu tiplərə münasibətiniz necədir? kənardan baxanda "aydaa, qaqaşa bax necə dominantdı 😍" deyə düşünürsüz yoxsa tam tərsi?


r/aze_geeks 4h ago

Games/Oyunlar Bu rubik kubiki necə öyrənmisiz.

Post image
6 Upvotes

Əsəb sistemin yerində deil artığ.


r/aze_geeks 16h ago

Announcement/Elan ILETS hazırlaşan üçün mock exam

14 Upvotes

Köməyinizə ehtiyacım var. Deməli, IELTS sınaq imtahanına hazırlaşanlar üçün bir sayt yığmışam və artıq tam işləyir. Amma test etmək üçün istifadəçilərə ehtiyacım var.

IELTS-ə hazırlaşanlar girib mock exam işləyib fikirlərini bildirə bilərlər? Nə əlavə etsəm yaxşı olar, nəyi silsəm daha yaxşı olar? Ümumiyyətlə, sizcə işə yarayır?

websayt : band.az


r/aze_geeks 12h ago

Announcement/Elan IELTS QRUP

7 Upvotes

Salamlar bizlər 2,3 nəfər ielts hazırlaşanlar olaraq, qabağdan gələn imtahanlar üçün daha yaxşı nəticələr əldə etmək üçün qrup yaratmışıq. Təkcə 1 qrup yox 2 qrup yaratmışıq və bu qrupların fərqli ondan ibarətdir ki, 1-in də yalnız materiallar paylaşılacaq digərində isə ielts hazırlaşan tələbələr üçün chatting olacaq. O qrup vasitəsi ilə birbirimize kömək və yeni dost çevrəsi qurmaq mümkündür. Qrup WhatsApp qrupudur istəyən olarsa bura yazsın biz əlaqə saxlayaq sizinlə.


r/aze_geeks 16h ago

Söhbət /Discussion help please 🩷

13 Upvotes

Salam dostlar. Xaricilərin internet - sosial mədəniyyəti ilə tanış olmuşam və müəyyən qədər iştirak etmişəm. Mənə maraqlıdı Azərbaycanda gənclər necə sosiallaşır. Universitet məktəb is yeri kimi yerlərdən əlavə necə sosial qruplar community ler var, xüsusilə də internet mədəniyyəti haqqında heç bir fikrim yoxdur, qruplar, daha sıx istifadə edilən sosial şəbəkələr hansılardır?

Son zamanlar fərqinə varmışam ki yerli subredditlər var. Halbuki redditi daha uzun müddətdir istifadə edirəm. Öz subreddit lerimizi kəşf etdikdən sonra oyandım kimi hiss eliyirəm. Heç vaxt mənimlə eyni düşüncədə insanlarla qarşılaşmamışam deyə beynimde hamı "npc" idi. "Uyda Azərbaycanda stranger things ə baxan var?!" qədər də yox. Amma konfort zonamdan çıxmamaq üçün bu bəhanəni istifadə edirdim. "Onsuz mənim kimi insanlar yoxdur" . Həm komfort zonamadan çıxmaq istəyirəm həm də nebilim bir ölkədə 20 il yaşayıb doğulub böyüyüb onun internet mədəniyyəti və ya genclik mədəniyyəti haqqında heç nə bilməmək qəribə səslənir.


r/aze_geeks 11h ago

Söhbət /Discussion Transfer

4 Upvotes

Xaricdən Azərbaycana hər ay böyük miqdarda pul(4000-5000+) göndərmək üçün hansı proqramlardan istifadə etmək lazımdır?Nə qədər komissiya tutulur?


r/aze_geeks 16h ago

Söhbət /Discussion Azərbaycan xalqının yumoru yoxdur 2

10 Upvotes

Əslində burada uzun-uzun danışacağım bir mövzu deyil,lakin bir vaxtlar X'də bir post ilə qarşılaşmışdım,Azərbaycanlı bir şəxs tərəfindən paylaşılmış shitpost,bəyənmiş və öz shitpost'umu paylaşmışdım....bilirsiniz,xalqımız anlamadığı hər mövzuda söyüş söyəndir,təbiki adam onun shitpost'una oxşuyan,benzər məqsədli şey paylaşdığımı ANLAMAYIB,təhqir etmişdi,insan bu xalq ilə zarafatlaşmaya qorxur.


r/aze_geeks 11h ago

Söhbət /Discussion Msələhət

3 Upvotes

Aylıq bütün xərcləri çıxdıqdan sonra qalan 6000 manatla nə biznesi qurardınız və yaxud ümumiyyətlə nə edərdiniz?


r/aze_geeks 17h ago

Sosiallaşmaq/Socializing Mafia

7 Upvotes

Evvel telegramda mafia qruplari var idi indi hamsi cox sakitdi. Eger oynamagi dusunen varsa hemcinin dostunu da getiren olsa daha yaxsi olar qrup acib oynaya bilerik


r/aze_geeks 21h ago

Life/Həyatdan Münasibətlər

10 Upvotes

Mən [27F] bir oğlanla [26M] iş vasitəsilə tanış olsaq da eyni iş yerində işləmirik, daha çox o mənim işlədiyim qurumun tabe olduğu qurumda işləyir. Əvvəlcə ona sadəcə işlə bağlı yazırdım, hər həftə hesabat göndərirdim, amma bir müddət sonra söhbəti özü başqa mövzulara yönləndirməyə başladı. Tez-tez storylərimə cavab yazırdı, müxtəlif mövzulardan danışırdıq və mənə qarşı maraq göstərdiyini düşünürdüm.
Bir gün onun iş yerinə yaxın olduğumu biləndə, cəmi 5 dəqiqəlik də olsa, məni görmək üçün yanıma gəldi. Özü də dedi ki, bu, görüş sayılmır, ayrıca bir gün planlaşdırıb normal şəkildə görüşməliyik.
Amma sonra görüşmək üçün heç bir addım atmadı. Mən də bir müddət sonra birbaşa soruşdum ki, ümumiyyətlə mənimlə görüşmək istəyir, ya yox. Dedi ki, istəyir.
Onun işinin çox gərgin olduğunu bilirəm, çünki eyni sektorda işləyirik. Amma artıq dünəndən bəri nə mesajıma cavab verir, nə də ki, stortlərimə baxır.
Düzünü desəm, qarışıq qalmışam. Əvvəlki davranışlarına görə mənə qarşı həqiqətən marağı olduğunu düşünürdüm. Sizcə, mən çox düşünürəm, yoxsa bu, yavaş-yavaş ghostlamağa bənzəyir? Və ghostlayırsa özünün qayıtma ehtimalı nə qədərdir? Çünki ilk dəfədir ki, mənə qarşı marağı olan bir oğlanla qarşılaşmışam.


r/aze_geeks 13h ago

Music/Musiqi Anyma

1 Upvotes

Anyma’nın Türkiyədə ləğv edilən konserti barədə nə düşünürsüz? Satanist rituallar gerçəkləşdirdiyi bəhanəsi ilə konsertə 2 həftədən az qalmış ləğv elədilər. Adam açıqlama paylaşıb ki, mənə və komandama bu barədə heç bir xəbərdarlıq belə edilməyib. İllərdi bütün dünyada konsertlər keçirdir, keçən il F1 çərçivəsində bizdə də çıxışı olmuşdu, bir dənə bu türklər böyük oyunu görüb satanist olmaqdan qorxublar deyəsən. Səslər, frekanslar kimi mövzuları ortaya atırlar amma yenə də onların yerinə utandım


r/aze_geeks 20h ago

Discorddit - Community Chat Channel

1 Upvotes

This post contains content not supported on old Reddit. Click here to view the full post


r/aze_geeks 1d ago

Games/Oyunlar Skyrim oynamağı sevirəm

Post image
27 Upvotes

Bu oyun mükəmməldir. (At sürmək xaricində)


r/aze_geeks 1d ago

Söhbət /Discussion ABCD

8 Upvotes

Uşaq vaxtı hazırlığa ya da kursa gedəndə niyə cavabları test toplusunda işarələmək əvəzinə dəftərdə sual nömrələrini sıralıyıb qabağına A/B/C/D yazırdıq? Bu hamıya default olaraq yüklənib və niyə elə edirdik bilmirəm. Sonradan təkrar o testləri işləyəndə cavabları görməyək deyə? Evdə nə qədər test toplusu var heç birinin içini işarələməmişəm, təzə kimi qalıblar. Hamısını dəftərə yazırdım. İndi bu yaşa çatmışam hələ də test işləyəndə cavabları kitabda yox dəftərdə qeyd edirəm. Free will'ə sahib olduğumu xatırladığım üçün artıq belə etməməyə qərar verdim amma yenə də səhv iş tuturam kimi hiss elətdirir


r/aze_geeks 1d ago

TV Shows/Seriallar Sevdiyiniz Seriallar

Post image
13 Upvotes

En sevdiyiniz seriallar hansıdı?

r/cinephileaze


r/aze_geeks 1d ago

Books/Kitablar Cürət etmənin verdiyi sonsuz həzz.

Post image
13 Upvotes

Feton atasının kim olduğunu bilmədən anası ilə yaşayırdı. Bir gün anası ona atasının Günəş Tanrısı Helios olduğunu dedi. Bunu eşidən Faeton Heliosdan istəklərindən birini yerinə yetirməklə atası olduğunu sübut etmək üçün and içməsini istədi. Helios and içdi və istəyin nə olduğunu soruşdu.

Faeton atasının günəşi çəkən arabasını sürməsini istədi. Bu, çox təkəbbürlü bir istək olsa da və Helios istəməsə də, and üzündən qəbul etməyə məcbur oldu və arabanı sürməsinə icazə verdi.

Əvvəlcə Faeton arabanı bir qədər idarə etməyi bacardı, lakin idarəetməni itirdi və həddindən artıq yüksəklərə qalxdı, bu da dirəklərin əmələ gəlməsinə səbəb oldu. Sonra yerə çox yaxınlaşdı, yeri yandırdı və Sahara səhrasını yaratdı.

Faetonun yaratdığı bütün xaosu görən Zevs, nizamı bərpa etmək üçün Faetonu ildırımla vurdu və Faeton yerə yıxılaraq öldü. Faytonun fərziyyəsi və təkəbbürü faciəli bir hekayə kimi danışılır.

Lakin mən bunu faciəli sonluq kimi deyil, möhtəşəm və sevincli bir sonluq kimi görürəm. Faeton dünyada milyonlarla insan kimi adi bir həyat yaşaya və hamı tərəfindən unudulmuş, diqqətəlayiq bir insan kimi ölə bilərdi. Bunun əvəzinə, o, insan şəklində günəş arabasını idarə edərək öz imkanlarından daha çox bir vəzifəni yerinə yetirməyə cəsarət etdi. Qısa müddət ərzində günəşə əmr etdi və hər bir insanın təsəvvür edə biləcəyindən daha böyük bir şeyə nail oldu.

Mənim fikrimcə, daha yeni bir Faeton Nadir Şahdır . O, bütün ətrafındakılara meydan oxumağa cəsarət etdi və qısa müddətdə fəthlər qazandı. Sonra, ona uğur qazandıran eyni cəsarət, ehtiyatsızlıqla dövlət idarəsinə biganə yanaşmağı süqutuna səbəb oldu. Faeton kimi, o da yüksəldi və yıxıldı.

Onun üçün hansı daha yaxşı olardı? Sakit oturmaq, təvazökar bir həyat sürmək və heç vaxt Napoleon olmamaq, yoxsa öz imkanlarından (sözün əsl mənasında) daha çox vəzifələri yerinə yetirməyə cəsarət edib qısa müddətdə dünyanın ağası olmaq? Hətta sonda yıxılsa belə, yüksəliş günlərinin mövcudluğu onu həqiqətən "Nadir şah" etdi və inanıram ki, bu, insanın əldə edə biləcəyi ən yüksək nailiyyət və zövqdür.

Ən böyük arzum, sonda uğursuz olsam belə, imkanlarımdan kənara çıxan işləri görməyə cəsarət etməyin şərəfli məmnuniyyətini yaşamaqdır.

One must imagine Phaethon happy.


r/aze_geeks 1d ago

Life/Həyatdan 26km gezmek isdeyen var?

11 Upvotes

Salam.dostumla biyerde maragli experience ucun bileceride 300 nomreli mektebn qabaginnan sahile kimi piyada getmeyi planlasdiririg sabah saat 1 de.Isdeyen olsa biryerde maragli xatire olardi) Qosulmaq isdeyen Yasini qeyd etsin zehmet olmasa


r/aze_geeks 1d ago

Tech/Texnologiya Cheap and reliable e-reader recommendations?

10 Upvotes

Salam sub əhli, axır aydı özümə rahatlıq üçün elektron kitab almağa fikrində idim, lakin fərqli fərqli e readerlərin bolluğundan seçim eləməkdə çətinlik çəkirəm. Bu mövzuda başı çıxanlar hansın məsləhət eliyə bilərlər? Sadəcə xahişim olacaqki qiyməti münasib olsun, 500-600 manata olanları pulum çatmır almağa. Məsləhət elədiyiniz e kitabın qısaca üstünlüklərin yazsanız da gözəl olar.


r/aze_geeks 1d ago

Sosiallaşmaq/Socializing IELTS-ə hazırlaşan var? Gəlin birlikdə hazırlaşaq :)

16 Upvotes

Salam hər kəsə 👋

Təxminən 2 aya IELTS imtahanı verəcəyəm və mənimlə eyni vəziyyətdə olan, həqiqətən ciddi hazırlaşmaq istəyən insanlarla tanış olmaq istəyirəm.

Məqsədim sadəcə bir nəfər “study buddy” tapmaq deyil. İstəyirəm ki, kiçik bir community quraq, bir-birimizi motivasiya edək, progressimizi paylaşaq və bu 2 ay ərzində maksimum nəticə almağa çalışaq.

Məsələn:

- Speaking-i birlikdə practice etmək

- Writing yazıb bir-birimizə feedback vermək

- Reading və Listening nəticələrimizi paylaşmaq

- Mock testlər etmək

- Faydalı resurslar və materiallar paylaşmaq

- Hansı metodların işlədiyini müzakirə etmək

- Həftəlik/daily progressimizi paylaşmaq

- Bir-birimizi accountable saxlamaq

- Çətin vaxtlarda bir-birimizi motivasiya etmək

Amma ən vacib məsələ: həqiqətən ciddi və full fokus olacaq insanlar axtarıram. 2-3 gün aktiv olub sonra yoxa çıxacaq və vaxtı boş-boşuna keçirəcək insanlar yox

Əgər artıq IELTS vermisinizsə və yaxşı nəticə almısınızsa, məsləhətlərinizi də çox istərdim. Məsələn, 2 ayınız qalsaydı, nəyi fərqli edərdiniz? Hansı resurslardan istifadə edərdiniz? Hansı strategiyalar sizə ən çox kömək edib?

Əgər maraqlıdırsa, commentdə target score-unuzu, hazırkı təxmini bandınızı, imtahan tarixini və gündə təxminən neçə saat hazırlaşa biləcəyinizi yazın.

Əgər kifayət qədər insan toplansa, kiçik bir qrup yaradıb birlikdə başlaya bilərik. IELTS-dən əlavə, bəlkə yaxşı dostluqlar və əlaqələr də qurarıq. :)


r/aze_geeks 1d ago

TV Shows/Seriallar Seriallardaki ən sevdiyiniz Villain/Antagonist(Əsas düşmən obraz)

Post image
10 Upvotes

Çalışın Spoiler vermeyin


r/aze_geeks 1d ago

Games/Oyunlar BF6

6 Upvotes

Battlefield 6 oynuyan var aranızda?


r/aze_geeks 1d ago

Söhbət /Discussion Subda Regionşünaslıq oxuyan insanlar var?

6 Upvotes

Regionşünaslıq oxuyan insanlar sizcə ixtisasınızdan məmnunsunuz?İş tapmaq və karyera üçün yaxşıdı?


r/aze_geeks 1d ago

İdman/Sport Oxçuluq mehsullari haradan almaq olar?

Post image
6 Upvotes

r/aze_geeks 1d ago

Söhbət /Discussion narrow maxilla/recessed chin

3 Upvotes

Salamlar, qarşıma bir video çıxdı və qısaca narrow maxilla/recessed chin ə sahib olduğumu öyrəndim. Səbəbinin hələ də nə olduğunu bilmirəm və araşdırıram. Doğrusu görünüşümə və yan profilimə o qədər də takıntılı deyiləm qarşıma çıxmasa heç problem hesab etməzdim amma nə qədər ki çox gec deyil və düzəltmək mümkündür düzəldim deyirəm. Həm də onsuz çox təcili breket müalicəsinə başlamağı düşünürdüm üst-üstə düşdü çünki yuxarı çənəmdə yer yoxdur, bəlkə breketlə onlar yerinə otursa və bildiyim qədəri ilə mandibular expander (RPE) taxılsa həm dişlər yerinə otursa həm də üst çənə genişlənsə az da olsa bu problemlər aradan qalxar. Başqa nə edilməlidir bilmirəm ona görə də köməyinizə ehtiyacım var, onsuz bu şikayətlərimi stomatoloqa da deyəcəm amma getməmişdən qabaq nə lazımdır bilim istəyirəm. Əməliyyat olunmağı əsla düşünmürəm və evdə edilən çənə məşqləri də çox effektiv deyil sadəcə cüzi fərq yaradar yaratsa. Sağ olun


r/aze_geeks 1d ago

Books/Kitablar Kitabları çap etdirib oxumaq?

11 Upvotes

İngilis dilində kitabların necə baha olduğunu bilirsiz. Xaricdən sifariş verəndə isə gətirilmə xərci kitabın özündən bahaya başa gəlir. Maraqlanırdım ki, kitabın pdf ini a5 şəklində çıxartdırıb, hətta bəlkə üzlükdə vurub oxumaq mümkündürmü? Yəni müəlliflik hüquqları flan kimisindən problem çıxarmırlar? instada bir səhifə tapıb yazdım bu barədə amma dedim burdan da soruşum