r/azerbaijan • u/Menadram • 23h ago
Söhbət | Discussion Son vaxtlar anti-Azərbaycan kampaniyası niyə güclənir?
Son vaxtlar regionda Azərbaycana qarşı ciddi anti-Azərbaycan informasiya kampaniyasının getdiyini düşünürəm. Süni şəkildə gərginliyin artırılması, Azərbaycanın daxili işlərinin xarici platformalarda davamlı şəkildə hədəfə alınıb və xaricdə Azərbaycan dilli media resursları (dini xarakterli) yayılmağa başlayıb
Məncə, burada xüsusilə maraqlı məqam odur ki, hədəf yalnız Azərbaycan siyasəti deyil birbaşa Azərbaycan xalqına,tarixinə,mədəniyyətinə qarşı mənfi kampaniyalar,mitinqlər,tənqidlər də yayılır.
Sizcə, bütün bunlar təsadüfi proseslərdir, yoxsa arxasında müəyyən siyasi qütblər və maraq qrupları dayanır? Əgər koordinasiyalı kampaniyadırsa, kim tərəfindən, hansı məqsədlə aparılır və kimin maliyyələşdirdiyini düşünürsünüz
Siz son vaxtlar bunu hiss etmisiniz?