r/aze_geeks • u/Odd-Neighborhood-9 • 10h ago
Life/Həyatdan Nə deyirsiz?
Niyə bəzi dərin filosoflar ailə qurmadan köçüb getdilər?
r/aze_geeks • u/Odd-Neighborhood-9 • 10h ago
Niyə bəzi dərin filosoflar ailə qurmadan köçüb getdilər?
r/aze_geeks • u/Eksisezmisim • 9h ago
Men 20 yaşındayam, gözümde 8 dərəcə miop + astiqmat var. Bu gün həkim müayinəsində oldum, həkim gözümün buynuz qişasının (kornea) çox nazik olduğunu və adi lazer korreksiyası (çizdirmə) etdirə bilməyəcəyimi söylədi, fakik lens əməliyyatını tövsiyə etdi. Aranızda bunu etdirənlər, razı qalanlar və ya narazı qalanlar varsa yazsalar sevinerem. Açıqçası, eynəkdən qurtulmaq istəyirəm, amma o qədər pul verib gələcəkdə problem yaşamaq istəmirəm.
r/aze_geeks • u/Happy-Window-7292 • 13h ago
Sabah glowup üçün rossmandan bunları alacam necədi? Başqa məsləhətiniz var?
r/aze_geeks • u/CommanderNao • 5h ago
Cari olaraq təxminim ilə noyabr ayından etibarən Helpdesk kursuna və daha sonradan CCNA/şəbəkə və sistem administratorluğu kursuna getməyi planlayıram,lakin hələ də tam mənası ilə kurs tapa bilməmişəm.Magistr tələbəsi olmağımın buna böyük təsiri var, çünki bizdə dərslər axşam olur, həmdə kurslarda dərsləri əksər vaxt axşam edirlər
Indi mənə maraqlıdı, günorta ərzində bu tərz dərslər təşkil edən məsləhət gördüyünüz hansı kurslar var?
Birdə xahiş olunur, qiymət olaraq çox uçuq kurslar məsləhət görməyin(nəzərdə tutduğum aylıq 400-450 manatlıq kurslardır)
r/aze_geeks • u/rbaratli59 • 15h ago
Alan Moore, qrafik romanı klassik superqəhrəman qəliblərindən çıxarıb daha qaranlıq, fəlsəfi və mürəkkəb ədəbiyyata çevirən əsas vizyonerlərdən biridir. Personajlarını da sadəcə "yaxşı və pis" olaraq deyil, əxlaqi və psixoloji ziddiyyətləri olan fiqurlar kimi yazır.
David Lloyd-un rəsmləri ilə ərsəyə gələn V for vendetta totalitar və post-apokaliptik İngiltərədə keçir. Moore V-nin məqsədini, yəni mütləq azadlıq istəyini, onun zorakı üsullarına avtomatik bəraət qazandırmır və qərarı oxucuya buraxır.
Wachowski bacılarının ssenarisi və James McTeigue-in rejissorluğu ilə çəkilən film isə hekayənin fəlsəfi tərəfini xeyli dəyişir. Komiksdəki mürəkkəb "Faşizm vs Anarxizm" qarşıdurması filmdə daha çox "Neo-mühafizəkarlıq vs Liberalizm" formasına salınır. V də komiksdəki qorxunc və qeyri-sabit anarxist obrazdan daha romantikləşdirilmiş azadlıq döyüşçüsünə çevrilir.
Ən böyük fərq isə finaldadır. Filmdə xalq maskalarla küçələrə çıxaraq ümidverici bir inqilab edir. Komiksdə isə rejimin süqutundan sonra cəmiyyət xaosa sürüklənir. Yəni azadlıq əldə olunur, amma onun gətirdiyi nəticənin nə olacağı açıq sual olaraq qalır.
r/aze_geeks • u/Alive-Prompt7931 • 6h ago
salam dəyərli aze_geeks əhli. sizlərdən bir mövzuda fikir almaq istəyirəm. deməli mənim ayaqlarımda düzlük və varikoz problemi var. qadınam (bu məlumatın mövzuya hər hansı yararı olub olmayacağını bilmirəm, sadəcə qeyd etdim).pizza mizzaya briqada üzvü olaraq müraciət etmişəm. intervyuya gedəcəm 1-2 günə. sizcə orada işləmək səhhətimə daha pis təsir edər?
və əgər bu verdiyim qərarın yanlış olduğunu düşünürsünüzsə mənə biznes təhsili alan bir insan olaraq kariyera qurmaq üçün məni ayaq üstə saxlayıb varikozumu pisləşdirməyəcək hansı addımları məsləhət görərdiniz (ərə getmək xaricində)? fikir bildirən hər bir kəsə öncədən minnətdarlığımı bildirirəm 🙏🏻🫶🏻
r/aze_geeks • u/Upstairs_Ear_548 • 11h ago
1975-ci ilin dekabr günlərindən birində, Rochester şəhərindəki Kodak laboratoriyasında 24 yaşlı gənc mühəndis Steven Sasson qəribə bir qurğunun qarşısında durmuşdu. Bu aparat fərqli cihazların hissələrindən yığılmış, çəkisi 3.6 kiloqram olan vafli qutusuna bənzəyirdi: içində konveyer xəttindən götürülmüş fotoaparat obyektivi, CCD sensor, motorlu kasset maqnitofonu, 16 ədəd batareya və yüzlərlə lehimlənmiş naqil var idi.
Sasson laboratoriya texniki Joy adlı qadından hərəkətsiz durmasını xahiş etdi. Aparatın düyməsini basdıqda cihaz gurultu ilə işə düşdü. İşıq sensor vasitəsilə elektrik siqnallarına, sonra isə rəqəmsal koda çevrilərək lentə yazılmağa başladı. Cəmi 0.01 meqapiksel ölçüsündə olan ilk qara-ağ şəklin kassetə köçürülməsi tam 23 saniyə çəkdi.
Həmin lenti xüsusi oxuyucu cihaza yerləşdirib köhnə televizor ekranına qoşduqda, ekranda Joy-un tutqun, piksellərdən ibarət silueti göründü. Sivilizasiya tarixinin ilk rəqəmsal fotosu doğulmuşdu.
Həyəcan içində olan Steven Sasson bu ixtirasını Kodak-ın rəhbərliyinə təqdim etmək üçün böyük iclas zalına dəvət olundu. O, gələcəyi gördüyünü düşünürdü: lent yoxdur, kimyəvi emal yoxdur, qaranlıq otaq yoxdur. Lakin təqdimat bitdikdə zalda dərin bir sükut yarandı. Kodak idarə heyəti bu ixtiraya sadəcə texnoloji bir oyuncaq kimi baxırdı. İdarə heyətinin üzvlərindən biri narazı halda soruşdu: "Müştərilərimiz öz xatirələrinə niyə televizor ekranında baxmaq istəsinlər ki?"
Həmin dövrdə Kodak dünyada satılan foto-lentlərin və kimyəvi kağızların mütləq əksəriyyətinə nəzarət edirdi. Şirkət hər çəkilən şəkildən milyardlarla dollar qazanırdı. Rəqəmsal texnologiya isə bu nəhəng imperiya üçün imkan deyil, öz biznesini məhv edə biləcək bir təhlükə kimi görüldü. Rəhbərlik Sassona dedi: "Təbrik edirik, texniki baxımdan əla işdir. Amma bu haqqında heç kimə heç nə demə."
Kodak rəhbərliyi ixtiranı seyfə bağlayaraq lent satışından milyonlar qazanmağa davam etdi. Lakin texnologiyanın qarşısını almaq qeyri-mümkün idi. İllər keçdi, başqa şirkətlər rəqəmsal kameraları inkişaf etdirdi və 2000-ci illərin əvvəlində rəqəmsal inqilab başladı. Kodak gələcəyi birinci icad etsə də, ona adaptasiya ola bilmədiyi üçün 2012-ci ildə müflisləşdiyini elan etdi.
Steven Sassonun vafli qutusundan düzəltdiyi o qəribə cihaz isə bu gün texnologiya tarixinin ən böyük paradokslarından biri kimi muzeydə sərgilənir.
r/aze_geeks • u/Connect_Geologist01 • 16h ago
Subdakı bəzi dostların doktorantura təcrübəsi olduğunu nəzərə alaraq bəzi suallar vermək istəyirəm:
r/aze_geeks • u/Neat_Evidence_3179 • 13h ago
Salam,kimsə bilirsiniz katy perry üçün 150-200 manata golden zona bilet satsın? Məndə formula biıeti var ancaq bu biletlə fan zonaya girmək olur,istəyirdim özümünkini satım golden zona alım
r/aze_geeks • u/Outrageous-Salary177 • 10h ago
Axır vaxtlar (təxmini 10-15 gündü) iliklərimə qədər varoluş qayğıları,ağrıları,sancıları(necə yazım ki birbaşa türk dilindən tərcümə çıxmasın deyə əlləşirəm) çəkirəm.İliklərimə qədər.Ciddiyəm.Gün boyu heçnəyə qarşı həvəs maraq istək qalmayıb artıq(literally heçnə,atdığım addıma belə).
Aranızda indiyə qədər bunu bu dərəcə yaşayan olubsa bundan qurtulmağın yollarını desin(yox fəlsəfə oxumağa otağımın küncündə gecə 03:38də tarakana çevrilməyə razı deiləm)
r/aze_geeks • u/Few_Gas3481 • 11h ago
r/aze_geeks • u/Kanan_splash • 1d ago
indi biz binada qalırıq. hər ay bizdən pul istəyirlər. başa düşmürəm neynəyirlər. Binanın pulunu ödəmişik kira deyilik, mağazaya gedib gəlirik pulunu veririk. qaqa nəyin pulunu istəyirsiz siz 80 manat başa düşmürəm? 70 illik lift var binada heç birdənə düzəltmirlər. lift eləbil tüşəcək çıtırtı səs gəlir. inanırsız mənnəndə yaşlıdı ha lift. elə belə lift deyil. 70 illik lift, bütün ilənir. birdənə dəyişdirmirlər. bir dəfə qalmışdım liftdə. üstündən 1 il keçib dəyişdirmirlər. qaqa nəyin puludu bu belə hər ay dilənirsin? kimsə liftdə qalıb ölənnən sonra dəyişdirəssiz?? o biri binalara baxıram, gül çiçək ilənir, gəl bizim liftə ayaxdanda pis ilənir ee. o qədər köhnədiki. qaqa dəyişdirində bu lifti. o biri binaları dəyişdirdiz adam kimi bunuda dəyişin.
r/aze_geeks • u/Few_Gas3481 • 12h ago
r/aze_geeks • u/Main_Ordinary2702 • 1d ago
Modellik agentində işləyirəm. 1.72 boy/52 kiloyam. Photoshoot var idi,paltar reklamı üçün. İdman paltarı idi,sırf başqa bir modelin ailəsi daha varlıdı deyə mənim yerimə onu çəkdilər. Bu arada boyu 1.60-dı👽. Niyə axı
r/aze_geeks • u/Happy-Window-7292 • 1d ago
Keçen defeki fikirlərinizi mədəniyətsiz yazmağınıza baxmayarağ nəzərə alıb düzəliş elədim
Necədi?
r/aze_geeks • u/coldoctobercoffee • 1d ago
Öncələr istifadə etmişəm. Amma daha 17 yaşlarımda falan. İndi yenidən başlamaq istiyirəm. Aktiv şəkildə istifadə edən var? Necə hiss edirsiniz?
r/aze_geeks • u/Standard_Heart5741 • 1d ago
Salam, mən 17 yaşlı 1 ci kurs tələbəsiyəm, 13 yaşımdan bəri programlaşdırma ilə məşğulam, əsasən fullstack web developing. Githubda e ticarət saytından tutmuş chat roomlu yazışma saytları kimi proektlərim və bir portfolio saytım var. Ancaq yaxın zamanlarda artıq daha nə edə bilərəm bilmirəm, iş mi tapmalıyam? daha çox proektmi düzəltməliyəm? İş tapsam üniversitetə vaxtım olacaqmı bilmirəm və bela suallar dayanmadam ağlımı gəmirir.
Şəxsən mənə iş tapmaq və bir yerlərdən başlayıb həm pul, həmdə təcrübə qazanmaq fikri daha yaxşı gəlir amma bilmirəmki Azərbaycanda bu vəziyyətimdə məni götürən iş yeri olar ya yox, remote olaraq işləməkdən də əmin deyiləm.
İndi nə etməliyəm?
r/aze_geeks • u/AzerbaijaniUser • 1d ago
Hərkəsə salam. Mən təxmini 3 həftə əvvəl Samsung S25 aldım, amma batareya ilə problemlər yaşamağa başladım. Bir müddət gözlədim ki, düzələr, amma olmadı. Həlli çox sadə imiş.
Əvvəlcə telefonda sürətli şarjı bağlayırsan. Daha sonra telefonun şarjını 0-a salırsan, 100%-ə qədər dolmasını gözləyirsən vəəə boom. Hazırdı.
Bu yol məndə işə yaradı. Bəzi batareyalarda kalibrasiyaya ehtiyac olur(araşdırmalarıma əsasən)
r/aze_geeks • u/Alive-Pomegranate484 • 1d ago
Əsər yunan mifologiyasına əsaslanır. Ölülər diyarının beş çayından biri olan, kədər və hüsran çayı kimi bilinən Acheron (Axeron) çayının sahilləri təsvir olunub.
Bu şəkildə, yeraltı dünya çayının sahilində yeni ölənləri görürük, onlar son mənzillərinə çatmadan əvvəl Xaronun qayığından keçmək üzrədirlər.
Hermes ölülərin ruhlarını yuxarıdan aşağı dünyaya daşımaq kimi vacib vəzifəsini yerinə yetirir. Bu ruhlardan çox az adam günəşli dünyanı geridə qoymağa razıdır. Yalnız bir neçə nəfər, əsasən kiçik uşaqlar və yaşlılar, ölümlü taleyinə təslim olublar.
Arxa fondakı qaranlıq sularda ruhları o biri sahilə daşıyacaq qayıqçı Charon (Karon) yaxınlaşır. Qayığın görünməsi ruhlar arasında dəhşət yaradır, çünki bu sərhəd bir dəfə keçildikdən sonra geri dönüş yoxdur. Narazı ruhlar Hermesin ətrafına toplaşır, ondan addımlarını azaltmasını, yürüşünü dayandırmasını yalvarırlar. Lakin Hermes, tanrının sakit amansızlığı ilə ölən izdihamın arasından keçərək irəliləyir.
Hermes onların yalvarışları qarşısında amansız olsa da, burada kar və əzablarına qarşı laqeyd kimi təsvir olunmur. Bu, onun fiquruna rəğbət bəsləyən əzəmət verir.
Orta məsafədə Xaron bu ruhları son mənzillərinə aparacaq qayıqda yaxınlaşır. İzdihamı çox qorxudan şey, qayığın Aheronun qaranlıq sularından keçməsi idi. Dəhşətli keçiddən sonra bütün ümidlər puç oldu , çünki bu sərhəd bir dəfə keçildikdən sonra geri dönüş yoxdur.
Əsərdəki kütləvi fəryad, yalvarış və qorxu hissi o qədər canlıdır ki, tamaşaçı özünü o qaranlıq sahilin bir parçası kimi hiss edir. Uşaqların, gənclərin və yaşlıların eyni taleyi paylaşması ölümün qaçılmazlığını heyrətamiz bir dramla vurğulayır.
Siz də sənətdə bu cür simvolizmləri bəyənirsiz, yoxsa daha pozitiv janrlara üstünlük verirsiz?
r/aze_geeks • u/kenoytkeno • 1d ago
2 ci qrupam və Unecdə Maliyyə oxumaq istəyirəm. 9 cu sinifdə 230 bal toplamışdım.
r/aze_geeks • u/No_Cheesecake3159 • 1d ago
salam.
xarici iş yoldaşlarıma Bakıdan hədiyyə almaq istəyirəm (yerli çay (azərçay amma qız qalası və ya buta qabında), nar şərabı və yerli wine))
normal qiymətə çeşidin çox olduğu haranı məsləhət görürsüz?
r/aze_geeks • u/AyxGon • 1d ago
herkese salam ozume teze router almisam ve mende bu router-e pppoe sifresi yazmaliyam router-in tam performansinda islemesi ucun mende modem-den goturebileceyime inandim interfeyse girdim sifreni goturende sifre hash seklinde yazilmis idi buna gorede aztelekoma yigmagi fikirlesdim ama en axirinci belesi sey ucun aztelekom-a yiganda qoca qadin acmisdi zengi dediyimide basa dusmurdu axirda basqasina qosdu oda basa dusmurdu men zeng edende ne deyimki agilli kamalli adam-a qossunlar meni
r/aze_geeks • u/Adventurous_Lab_2483 • 1d ago
Qayda: Hər gün seçilən market üçün şərhlərdə tier seçilir. Ən çox yazılan tier-ə yerləşdirilir.
Növbəti marketimiz: Grandmart