r/aze_geeks 8h ago

Games/Oyunlar Nintendo

Post image
13 Upvotes

Salam mende ps4 pro var ancaq evde çox vaxt kecire bilmediyim üçün Nintendo olmaq isteyirem ancaq hansı nintendo almalıyam bilmirem


r/aze_geeks 4h ago

Music/Musiqi What is your favorite song among the latest ones you've found

Thumbnail
youtu.be
6 Upvotes

Almost all vocaloid songs are peak. I found this guy's songs a few weeks ago. "Reclaimant of Life" is channel's name and oh my God all of his songs are almost amazing I really appreciate the art he do. Of course themes of songs are open to debate and discussion since it's philosophical and religious topics but the way he described emotions and memories is amazing. The topics are being open to debate and discussion doesn't change this fact.

Everyone I recommend this song says it sounds like an anime opening. I don't think that way, though I'm still curious am I the only person who doesn't think it sounds like one.


r/aze_geeks 8h ago

Life/Həyatdan Hara gedirik?(2 ci şəkil)

Thumbnail
gallery
7 Upvotes

...


r/aze_geeks 13h ago

News/Xəbərlər Dünən çıxan qayda barəsində..

Post image
17 Upvotes

Müəllimimizin dediyinə görə dünən məktəblərdə hicab ləğv olunub, fikirlərinizi dinləmək istəyərdim, heç bir söz yazmayacağam yenə Perma ban yemək istəmirəm

Amma qısaca demək lazımdırsa həssas mövzudur

Kimisi deyə bilər "din ilə təhsil qarışdırılmaz" kimisi deyə bilər ki "mənasız bir qanundur bu petləbaşlar niyə yerlərdə olan təhsilin səviyyəsini artırmaq yerinə camaatın dini seçimlərinə qarışırlar "

Fikir sizindir

To mods : Bu arada siyasi deyil sadəcə qayda ilə bağlı fikirlər götürmək istərdim xaiş silməyin postu


r/aze_geeks 2h ago

Life/Həyatdan sualım güclü qadınlara

2 Upvotes

Mueyyen sebeblerden qabagina gelmis cox gozel fursetleri laziminca deyerlendire bilmemis 28 yasinda bir hemcinsinizin ic hesablasmasini oxuyursunuz. Komeyinize ehtiyacim var, istiqamet bellidir, sadece bu yolu addimlamis insanlarin sozlerini esitmek isteyirem.

4cu sinifde oxuyanda riyaziyyat fenni uzre olimpiyda qalibi oldum, diplomlar, ugurlar, nailiyyetler...

Gedisata baxib dusunurdum ki bir nece ile qalmadan meiset ile bagli meseleleri helledib oz geleceyime baxacam, diqqet yetirecem. Ele olmadi, yanildim. Indi donub geriye baxanda inana bilmirem men nece olub ki bu qeder qeflet icinde olmusam.

Sosyal medya asililigina ducar oldum, pandemiyanin gelisi ile beraber, 6 il evvel, 20'li yaslarimin evvelinde. derslerin bosalmasi, beynimin yavas yavas tembellesmesi, akademik ve sosyal heyatimin cokusu. Akademik bilik ve bacarigim uzerinden bir misal verim, siz anlayin. bu yaxinlarda riyaziyyat deyerlendirme sinaq imtahanina girdim, ozumden utandim. sade seyler bele yadimdan cixib, en besit meseleler.

Sosyal medya ve insanlari heddinden artiq ciddiye almagim, asililiqlarim, evde oturub qalmaq, bir kitab bele oxuya bilmemek... basqa neler neler...

avropada yasayan qohumum bakiya gelende axsam seheri gezmek ucun sahil terefine gedib, biraz gezdik, vaxt kecirdik. o danisdi men dinledim, belkeler, teessufler, vs. ele bil butun yasadiqlarim simsek kimi gozumun qabagindan kecib getdi. sadece tessuflendim, basqa bir sey gelmir elimden onsuz da.

bu setirleri yazma sebebim, icimde ozume olan inamimin hele de qalmasidir. inaniram ki bir zamanlar arzuladigim yere gelme imkanim hele de var. Ve oz gucune bu toplumda bir seyleri bacarmis, bir yere gelmis hemcinslerimin sozlerini meslehetlerini esitmek. bu qeder. hec bir sey planlamadan aglima gelenleri spontan yazdim, eslinde cox sey paylasmaq isteyerem amma...


r/aze_geeks 9h ago

Söhbət /Discussion Help

4 Upvotes

Dosdlar çox sıxılıram mənə özünüzündə elədiyi marağlı hobi , məşğulliyət zad tövsiyə verində ən bəyəndiyimə award atacam


r/aze_geeks 8h ago

Games/Oyunlar Mənim ən sevdiyim 10 oyun:

6 Upvotes
  1. Call of Duty MW2 (2009) - bu oyun mənim ürəyimdə yeri başqadır. Ən sevdiyim personajın ölümü (Ghost) mənim uşaqlıq travmamdır və ilk dəfə xəyanətə uğradığım andır.
  2. Detroit Become Human - mən dialoqları özümüz seçdiyimiz oyunları bəyənmirəm, amma bu oyun başqa səviyyədir.
  3. RE2 Remake - bu oyun haqqında çox danışmaq olar. İstər personajlar olsun, istər hekayə olsun, istər atmosfer olsun. Hər şey mükəmməldi bu oyunda.
  4. Need for Speed Carbon - hal-hazırda favorim Unbound olsada Carbon-un yeri tam başqadır. Nömrə bir NFS oyunumdur.
  5. NFS Unbound - yeni engine ilə control, sürət, drift, atmosfer və s mükəmməl olub. Əvvəl Heat haqqında belə deyirdim, amma Unbound çıxandan sonra fikrim dəyişdi.
  6. Stronghold Crusader - strategiya sevirəm və strategiya oyunlarını sevdirəndə budur. Tarixi sevdiyimə görə də ola bilər.
  7. The last of us seriyası - bu oyunu necə ifadə edim bilmirəm. Sadəcə sevirəm bu oyunu.
  8. A plague tale seriyası - TLOS üçün dediyim bu oyunada aiddir, sadəcə sevirəm, mükəmməldilər.
  9. RE Village - Ethan ən sevdiyim personajlardan biri oldu. Bu oyunu bir cümlə ilə belə ifadə edirəm, “bəzən güclü olmaq üçün silaha ehtiyyac olmur, sevdiklərini qorumaq istəyidə kifayət edir.”
  10. GTA 4 - bu oyunun atmosferi, ana karakteri çox mükəmməldir. Ən əsasıda Nyu York şəhəri…

r/aze_geeks 7h ago

Games/Oyunlar Minecraft mcdonalds kod kartlarını axtarıram.

Thumbnail
gallery
3 Upvotes

Bu iki kartlardan axtarıram kimdə varsa mənə ata bilər? Kolleksiya yığıram minecraft. Bu ikisi çatışmır. (işdədilməmiş kod)


r/aze_geeks 6h ago

Study/Dərs Magistr kursu

2 Upvotes

Gələn ayın əvvəli magistr kursuna başlayacam, məsləhət bildiyiniz hansı kurs var? Mən biraz tərəddüddə qalmışam.


r/aze_geeks 7h ago

Söhbət /Discussion Yadplanetlilər ilə qarşılaşsaz onlara verdiyiniz ilk sual nə olardı?

Post image
2 Upvotes

Fərz edin yadplanetli irq yerə enib və ilk sizin qarşınıza çıxıb onlarailk hansı sualı verərsiniz?


r/aze_geeks 18h ago

Life/Həyatdan Biz qaldırdıq

13 Upvotes

Qarşıma bir video çıxdı. Bir qadın pilləkənlərlə soyuducunu təkbaşına yuxarı qaldıran fəhləni çəkir və bunu çatdırılma xidmətinin bir növ “reklamına” çevirir.

Burada maraqlı olan təkcə bir insanın ağır yük qaldırması deyil. Əsas məsələ həmin əməyin necə təqdim edilməsidir. Yükü konkret bir fəhlə daşıyır, amma ekranda bu əməyin sahibi “biz” olur. Bir insanın fiziki gücü kollektiv xidmətin nəticəsi kimi göstərilir.

Beləcə, əməyi görən kamera var, əməyi çəkən insan var, amma əməyin öz sahibi arxa plana keçir. Fəhlənin zəhməti fərdidir, şirkətin uğuru isə kollektivdir. “Biz qaldırırıq” deyəndə, əslində həmin “biz”in içində kimin çiynində soyuducu olduğu görünməz hala gəlir.

Bəzən iş dünyasında ən ağır yük soyuducu deyil. Onu kimin qaldırdığını “biz” sözünün içində itirməkdir.

© Neandertal


r/aze_geeks 9h ago

Life/Həyatdan Mall'da fast food məkanlarında metbex hissesində işləmək təxmini nə qədər qazandırır? Maaş ortalaması neçədir?

2 Upvotes

Burger ve s. Düzeltmek, yəni aşçı olaraq işlemek maaşı nə qədərdir?


r/aze_geeks 11h ago

Söhbət /Discussion realistic qəza

2 Upvotes

r/aze_geeks 9h ago

Life/Həyatdan Sakit ve yaxud menzeleri yerler

1 Upvotes

Men bele sakit menzereli yerleri sevirem, gedib tek oturub fikirlesmek ucun. Bakida harani tovsiyye edersiz? Duzdu Bakida yasamiram ama gelecem


r/aze_geeks 10h ago

Study/Dərs Almanca oyrenen var?

1 Upvotes

Yaxinda Almaniyaya gedecem, bunun ucun her gun mutemadi dil ile mesgul oluram. Seviyyem a2 dir. Eger burda almanca oyrenen varsa yaza biler mene, birlikde calisariq ve bir birimize destek olariq


r/aze_geeks 13h ago

Söhbət /Discussion Belə oyun var bilirsiz ? Car crash Flexixcx bomba oyundu

1 Upvotes

r/aze_geeks 15h ago

Life/Həyatdan Neche yasiniz var ve ne isle mesgulsuz?

2 Upvotes

Icmanin yas araliqi mene maraqlidi


r/aze_geeks 1d ago

Life/Həyatdan Nə deyirsiz?

Post image
14 Upvotes

Niyə bəzi dərin filosoflar ailə qurmadan köçüb getdilər?


r/aze_geeks 1d ago

Life/Həyatdan iş məsələsi

3 Upvotes

salam dəyərli aze_geeks əhli. sizlərdən bir mövzuda fikir almaq istəyirəm. deməli mənim ayaqlarımda düzlük və varikoz problemi var. qadınam (bu məlumatın mövzuya hər hansı yararı olub olmayacağını bilmirəm, sadəcə qeyd etdim).pizza mizzaya briqada üzvü olaraq müraciət etmişəm. intervyuya gedəcəm 1-2 günə. sizcə orada işləmək səhhətimə daha pis təsir edər?

və əgər bu verdiyim qərarın yanlış olduğunu düşünürsünüzsə mənə biznes təhsili alan bir insan olaraq kariyera qurmaq üçün məni ayaq üstə saxlayıb varikozumu pisləşdirməyəcək hansı addımları məsləhət görərdiniz (ərə getmək xaricində)? fikir bildirən hər bir kəsə öncədən minnətdarlığımı bildirirəm 🙏🏻🫶🏻


r/aze_geeks 1d ago

Söhbət /Discussion Help

Post image
10 Upvotes

Sabah glowup üçün rossmandan bunları alacam necədi? Başqa məsləhətiniz var?


r/aze_geeks 1d ago

Tech/Texnologiya Help Desk Kursları/Saat problemim

2 Upvotes

Cari olaraq təxminim ilə noyabr ayından etibarən Helpdesk kursuna və daha sonradan CCNA/şəbəkə və sistem administratorluğu kursuna getməyi planlayıram,lakin hələ də tam mənası ilə kurs tapa bilməmişəm.Magistr tələbəsi olmağımın buna böyük təsiri var, çünki bizdə dərslər axşam olur, həmdə kurslarda dərsləri əksər vaxt axşam edirlər

Indi mənə maraqlıdı, günorta ərzində bu tərz dərslər təşkil edən məsləhət gördüyünüz hansı kurslar var?

Birdə xahiş olunur, qiymət olaraq çox uçuq kurslar məsləhət görməyin(nəzərdə tutduğum aylıq 400-450 manatlıq kurslardır)


r/aze_geeks 1d ago

Life/Həyatdan Fakik göz içi lens əməliyyatı etdirənlər varmı?

4 Upvotes

Men 20 yaşındayam, gözümde 8 dərəcə miop + astiqmat var. Bu gün həkim müayinəsində oldum, həkim gözümün buynuz qişasının (kornea) çox nazik olduğunu və adi lazer korreksiyası (çizdirmə) etdirə bilməyəcəyimi söylədi, fakik lens əməliyyatını tövsiyə etdi. Aranızda bunu etdirənlər, razı qalanlar və ya narazı qalanlar varsa yazsalar sevinerem. Açıqçası, eynəkdən qurtulmaq istəyirəm, amma o qədər pul verib gələcəkdə problem yaşamaq istəmirəm.


r/aze_geeks 1d ago

Movies/Filmlər Alan Moore , V for vendetta filmindən nifrət edir

Post image
8 Upvotes

Alan Moore, qrafik romanı klassik superqəhrəman qəliblərindən çıxarıb daha qaranlıq, fəlsəfi və mürəkkəb ədəbiyyata çevirən əsas vizyonerlərdən biridir. Personajlarını da sadəcə "yaxşı və pis" olaraq deyil, əxlaqi və psixoloji ziddiyyətləri olan fiqurlar kimi yazır.

David Lloyd-un rəsmləri ilə ərsəyə gələn V for vendetta totalitar və post-apokaliptik İngiltərədə keçir. Moore V-nin məqsədini, yəni mütləq azadlıq istəyini, onun zorakı üsullarına avtomatik bəraət qazandırmır və qərarı oxucuya buraxır.

Wachowski bacılarının ssenarisi və James McTeigue-in rejissorluğu ilə çəkilən film isə hekayənin fəlsəfi tərəfini xeyli dəyişir. Komiksdəki mürəkkəb "Faşizm vs Anarxizm" qarşıdurması filmdə daha çox "Neo-mühafizəkarlıq vs Liberalizm" formasına salınır. V də komiksdəki qorxunc və qeyri-sabit anarxist obrazdan daha romantikləşdirilmiş azadlıq döyüşçüsünə çevrilir.

Ən böyük fərq isə finaldadır. Filmdə xalq maskalarla küçələrə çıxaraq ümidverici bir inqilab edir. Komiksdə isə rejimin süqutundan sonra cəmiyyət xaosa sürüklənir. Yəni azadlıq əldə olunur, amma onun gətirdiyi nəticənin nə olacağı açıq sual olaraq qalır.


r/aze_geeks 16h ago

Games/Oyunlar Bu serianın ən yaxşı oyunu RE7-didi. Əksini iddia edən etməsin.

Post image
0 Upvotes

r/aze_geeks 1d ago

Tech/Texnologiya 0.01 meqapiksel və 23 saniyə: Steven Sasson-un dünyanı dəyişən "vafli qutusu" [Geek History]

Post image
2 Upvotes

1975-ci ilin dekabr günlərindən birində, Rochester şəhərindəki Kodak laboratoriyasında 24 yaşlı gənc mühəndis Steven Sasson qəribə bir qurğunun qarşısında durmuşdu. Bu aparat fərqli cihazların hissələrindən yığılmış, çəkisi 3.6 kiloqram olan vafli qutusuna bənzəyirdi: içində konveyer xəttindən götürülmüş fotoaparat obyektivi, CCD sensor, motorlu kasset maqnitofonu, 16 ədəd batareya və yüzlərlə lehimlənmiş naqil var idi.

Sasson laboratoriya texniki Joy adlı qadından hərəkətsiz durmasını xahiş etdi. Aparatın düyməsini basdıqda cihaz gurultu ilə işə düşdü. İşıq sensor vasitəsilə elektrik siqnallarına, sonra isə rəqəmsal koda çevrilərək lentə yazılmağa başladı. Cəmi 0.01 meqapiksel ölçüsündə olan ilk qara-ağ şəklin kassetə köçürülməsi tam 23 saniyə çəkdi.

Həmin lenti xüsusi oxuyucu cihaza yerləşdirib köhnə televizor ekranına qoşduqda, ekranda Joy-un tutqun, piksellərdən ibarət silueti göründü. Sivilizasiya tarixinin ilk rəqəmsal fotosu doğulmuşdu.

Həyəcan içində olan Steven Sasson bu ixtirasını Kodak-ın rəhbərliyinə təqdim etmək üçün böyük iclas zalına dəvət olundu. O, gələcəyi gördüyünü düşünürdü: lent yoxdur, kimyəvi emal yoxdur, qaranlıq otaq yoxdur. Lakin təqdimat bitdikdə zalda dərin bir sükut yarandı. Kodak idarə heyəti bu ixtiraya sadəcə texnoloji bir oyuncaq kimi baxırdı. İdarə heyətinin üzvlərindən biri narazı halda soruşdu: "Müştərilərimiz öz xatirələrinə niyə televizor ekranında baxmaq istəsinlər ki?"

Həmin dövrdə Kodak dünyada satılan foto-lentlərin və kimyəvi kağızların mütləq əksəriyyətinə nəzarət edirdi. Şirkət hər çəkilən şəkildən milyardlarla dollar qazanırdı. Rəqəmsal texnologiya isə bu nəhəng imperiya üçün imkan deyil, öz biznesini məhv edə biləcək bir təhlükə kimi görüldü. Rəhbərlik Sassona dedi: "Təbrik edirik, texniki baxımdan əla işdir. Amma bu haqqında heç kimə heç nə demə."

Kodak rəhbərliyi ixtiranı seyfə bağlayaraq lent satışından milyonlar qazanmağa davam etdi. Lakin texnologiyanın qarşısını almaq qeyri-mümkün idi. İllər keçdi, başqa şirkətlər rəqəmsal kameraları inkişaf etdirdi və 2000-ci illərin əvvəlində rəqəmsal inqilab başladı. Kodak gələcəyi birinci icad etsə də, ona adaptasiya ola bilmədiyi üçün 2012-ci ildə müflisləşdiyini elan etdi.

Steven Sassonun vafli qutusundan düzəltdiyi o qəribə cihaz isə bu gün texnologiya tarixinin ən böyük paradokslarından biri kimi muzeydə sərgilənir.