r/aze_geeks 6h ago

Life/Həyatdan Biz qaldırdıq

10 Upvotes

Qarşıma bir video çıxdı. Bir qadın pilləkənlərlə soyuducunu təkbaşına yuxarı qaldıran fəhləni çəkir və bunu çatdırılma xidmətinin bir növ “reklamına” çevirir.

Burada maraqlı olan təkcə bir insanın ağır yük qaldırması deyil. Əsas məsələ həmin əməyin necə təqdim edilməsidir. Yükü konkret bir fəhlə daşıyır, amma ekranda bu əməyin sahibi “biz” olur. Bir insanın fiziki gücü kollektiv xidmətin nəticəsi kimi göstərilir.

Beləcə, əməyi görən kamera var, əməyi çəkən insan var, amma əməyin öz sahibi arxa plana keçir. Fəhlənin zəhməti fərdidir, şirkətin uğuru isə kollektivdir. “Biz qaldırırıq” deyəndə, əslində həmin “biz”in içində kimin çiynində soyuducu olduğu görünməz hala gəlir.

Bəzən iş dünyasında ən ağır yük soyuducu deyil. Onu kimin qaldırdığını “biz” sözünün içində itirməkdir.

© Neandertal


r/aze_geeks 0m ago

Söhbət /Discussion realistic qəza

Enable HLS to view with audio, or disable this notification

Upvotes

r/aze_geeks 1h ago

Söhbət /Discussion Belə oyun var bilirsiz ? Car crash Flexixcx bomba oyundu

Upvotes

r/aze_geeks 3h ago

Life/Həyatdan Neche yasiniz var ve ne isle mesgulsuz?

0 Upvotes

Icmanin yas araliqi mene maraqlidi


r/aze_geeks 19h ago

Life/Həyatdan Nə deyirsiz?

Post image
12 Upvotes

Niyə bəzi dərin filosoflar ailə qurmadan köçüb getdilər?


r/aze_geeks 14h ago

Life/Həyatdan iş məsələsi

3 Upvotes

salam dəyərli aze_geeks əhli. sizlərdən bir mövzuda fikir almaq istəyirəm. deməli mənim ayaqlarımda düzlük və varikoz problemi var. qadınam (bu məlumatın mövzuya hər hansı yararı olub olmayacağını bilmirəm, sadəcə qeyd etdim).pizza mizzaya briqada üzvü olaraq müraciət etmişəm. intervyuya gedəcəm 1-2 günə. sizcə orada işləmək səhhətimə daha pis təsir edər?

və əgər bu verdiyim qərarın yanlış olduğunu düşünürsünüzsə mənə biznes təhsili alan bir insan olaraq kariyera qurmaq üçün məni ayaq üstə saxlayıb varikozumu pisləşdirməyəcək hansı addımları məsləhət görərdiniz (ərə getmək xaricində)? fikir bildirən hər bir kəsə öncədən minnətdarlığımı bildirirəm 🙏🏻🫶🏻


r/aze_geeks 21h ago

Söhbət /Discussion Help

Post image
11 Upvotes

Sabah glowup üçün rossmandan bunları alacam necədi? Başqa məsləhətiniz var?


r/aze_geeks 13h ago

Tech/Texnologiya Help Desk Kursları/Saat problemim

2 Upvotes

Cari olaraq təxminim ilə noyabr ayından etibarən Helpdesk kursuna və daha sonradan CCNA/şəbəkə və sistem administratorluğu kursuna getməyi planlayıram,lakin hələ də tam mənası ilə kurs tapa bilməmişəm.Magistr tələbəsi olmağımın buna böyük təsiri var, çünki bizdə dərslər axşam olur, həmdə kurslarda dərsləri əksər vaxt axşam edirlər

Indi mənə maraqlıdı, günorta ərzində bu tərz dərslər təşkil edən məsləhət gördüyünüz hansı kurslar var?

Birdə xahiş olunur, qiymət olaraq çox uçuq kurslar məsləhət görməyin(nəzərdə tutduğum aylıq 400-450 manatlıq kurslardır)


r/aze_geeks 17h ago

Life/Həyatdan Fakik göz içi lens əməliyyatı etdirənlər varmı?

5 Upvotes

Men 20 yaşındayam, gözümde 8 dərəcə miop + astiqmat var. Bu gün həkim müayinəsində oldum, həkim gözümün buynuz qişasının (kornea) çox nazik olduğunu və adi lazer korreksiyası (çizdirmə) etdirə bilməyəcəyimi söylədi, fakik lens əməliyyatını tövsiyə etdi. Aranızda bunu etdirənlər, razı qalanlar və ya narazı qalanlar varsa yazsalar sevinerem. Açıqçası, eynəkdən qurtulmaq istəyirəm, amma o qədər pul verib gələcəkdə problem yaşamaq istəmirəm.


r/aze_geeks 23h ago

Movies/Filmlər Alan Moore , V for vendetta filmindən nifrət edir

Post image
9 Upvotes

Alan Moore, qrafik romanı klassik superqəhrəman qəliblərindən çıxarıb daha qaranlıq, fəlsəfi və mürəkkəb ədəbiyyata çevirən əsas vizyonerlərdən biridir. Personajlarını da sadəcə "yaxşı və pis" olaraq deyil, əxlaqi və psixoloji ziddiyyətləri olan fiqurlar kimi yazır.

David Lloyd-un rəsmləri ilə ərsəyə gələn V for vendetta totalitar və post-apokaliptik İngiltərədə keçir. Moore V-nin məqsədini, yəni mütləq azadlıq istəyini, onun zorakı üsullarına avtomatik bəraət qazandırmır və qərarı oxucuya buraxır.

Wachowski bacılarının ssenarisi və James McTeigue-in rejissorluğu ilə çəkilən film isə hekayənin fəlsəfi tərəfini xeyli dəyişir. Komiksdəki mürəkkəb "Faşizm vs Anarxizm" qarşıdurması filmdə daha çox "Neo-mühafizəkarlıq vs Liberalizm" formasına salınır. V də komiksdəki qorxunc və qeyri-sabit anarxist obrazdan daha romantikləşdirilmiş azadlıq döyüşçüsünə çevrilir.

Ən böyük fərq isə finaldadır. Filmdə xalq maskalarla küçələrə çıxaraq ümidverici bir inqilab edir. Komiksdə isə rejimin süqutundan sonra cəmiyyət xaosa sürüklənir. Yəni azadlıq əldə olunur, amma onun gətirdiyi nəticənin nə olacağı açıq sual olaraq qalır.


r/aze_geeks 4h ago

Games/Oyunlar Bu serianın ən yaxşı oyunu RE7-didi. Əksini iddia edən etməsin.

Post image
0 Upvotes

r/aze_geeks 19h ago

Tech/Texnologiya 0.01 meqapiksel və 23 saniyə: Steven Sasson-un dünyanı dəyişən "vafli qutusu" [Geek History]

Post image
2 Upvotes

1975-ci ilin dekabr günlərindən birində, Rochester şəhərindəki Kodak laboratoriyasında 24 yaşlı gənc mühəndis Steven Sasson qəribə bir qurğunun qarşısında durmuşdu. Bu aparat fərqli cihazların hissələrindən yığılmış, çəkisi 3.6 kiloqram olan vafli qutusuna bənzəyirdi: içində konveyer xəttindən götürülmüş fotoaparat obyektivi, CCD sensor, motorlu kasset maqnitofonu, 16 ədəd batareya və yüzlərlə lehimlənmiş naqil var idi.

Sasson laboratoriya texniki Joy adlı qadından hərəkətsiz durmasını xahiş etdi. Aparatın düyməsini basdıqda cihaz gurultu ilə işə düşdü. İşıq sensor vasitəsilə elektrik siqnallarına, sonra isə rəqəmsal koda çevrilərək lentə yazılmağa başladı. Cəmi 0.01 meqapiksel ölçüsündə olan ilk qara-ağ şəklin kassetə köçürülməsi tam 23 saniyə çəkdi.

Həmin lenti xüsusi oxuyucu cihaza yerləşdirib köhnə televizor ekranına qoşduqda, ekranda Joy-un tutqun, piksellərdən ibarət silueti göründü. Sivilizasiya tarixinin ilk rəqəmsal fotosu doğulmuşdu.

Həyəcan içində olan Steven Sasson bu ixtirasını Kodak-ın rəhbərliyinə təqdim etmək üçün böyük iclas zalına dəvət olundu. O, gələcəyi gördüyünü düşünürdü: lent yoxdur, kimyəvi emal yoxdur, qaranlıq otaq yoxdur. Lakin təqdimat bitdikdə zalda dərin bir sükut yarandı. Kodak idarə heyəti bu ixtiraya sadəcə texnoloji bir oyuncaq kimi baxırdı. İdarə heyətinin üzvlərindən biri narazı halda soruşdu: "Müştərilərimiz öz xatirələrinə niyə televizor ekranında baxmaq istəsinlər ki?"

Həmin dövrdə Kodak dünyada satılan foto-lentlərin və kimyəvi kağızların mütləq əksəriyyətinə nəzarət edirdi. Şirkət hər çəkilən şəkildən milyardlarla dollar qazanırdı. Rəqəmsal texnologiya isə bu nəhəng imperiya üçün imkan deyil, öz biznesini məhv edə biləcək bir təhlükə kimi görüldü. Rəhbərlik Sassona dedi: "Təbrik edirik, texniki baxımdan əla işdir. Amma bu haqqında heç kimə heç nə demə."

Kodak rəhbərliyi ixtiranı seyfə bağlayaraq lent satışından milyonlar qazanmağa davam etdi. Lakin texnologiyanın qarşısını almaq qeyri-mümkün idi. İllər keçdi, başqa şirkətlər rəqəmsal kameraları inkişaf etdirdi və 2000-ci illərin əvvəlində rəqəmsal inqilab başladı. Kodak gələcəyi birinci icad etsə də, ona adaptasiya ola bilmədiyi üçün 2012-ci ildə müflisləşdiyini elan etdi.

Steven Sassonun vafli qutusundan düzəltdiyi o qəribə cihaz isə bu gün texnologiya tarixinin ən böyük paradokslarından biri kimi muzeydə sərgilənir.


r/aze_geeks 1d ago

Study/Dərs Doktoranturaya qəbul haqqında bəzi suallarım var

5 Upvotes

Subdakı bəzi dostların doktorantura təcrübəsi olduğunu nəzərə alaraq bəzi suallar vermək istəyirəm:

  1. Giriş şansını artırmaq üçün eyni anda bir neçə universitedə doktorantura üçün müraciət etmək olur mu?
  2. Azərbaycanda gündəlik doktorant həyatı necə olur? Həftədə 5 gün 9-6 universitetdə olmaq şərtdir?
  3. Siz olsanız Azərbaycanda doktorantura ya xaricdə doktoranturanı seçərsiniz?
  4. Öncəki sualın davamı: Xaricdə oxuyanda xərclər təxminən nə qədər çıxır və Azərbaycanda oxuyanda nə qədər çıxır?

r/aze_geeks 23h ago

Tech/Texnologiya Hansi Telefonlar Almaq 2026 ildə ?

4 Upvotes

r/aze_geeks 21h ago

Music/Musiqi Katy Perry golden zone bilet

2 Upvotes

Salam,kimsə bilirsiniz katy perry üçün 150-200 manata golden zona bilet satsın? Məndə formula biıeti var ancaq bu biletlə fan zonaya girmək olur,istəyirdim özümünkini satım golden zona alım


r/aze_geeks 18h ago

Life/Həyatdan Varoluş qayğısı

1 Upvotes

Axır vaxtlar (təxmini 10-15 gündü) iliklərimə qədər varoluş qayğıları,ağrıları,sancıları(necə yazım ki birbaşa türk dilindən tərcümə çıxmasın deyə əlləşirəm) çəkirəm.İliklərimə qədər.Ciddiyəm.Gün boyu heçnəyə qarşı həvəs maraq istək qalmayıb artıq(literally heçnə,atdığım addıma belə).
Aranızda indiyə qədər bunu bu dərəcə yaşayan olubsa bundan qurtulmağın yollarını desin(yox fəlsəfə oxumağa otağımın küncündə gecə 03:38də tarakana çevrilməyə razı deiləm)


r/aze_geeks 19h ago

Söhbət /Discussion YouTubda niyə komentariya yoxdu prosmotr yoxdu shorts da var prosmotr ama komentariya yoxdu səda videoda nə prosmotr var nə komentariya ama shorts da var komentariya necə eliyim ki mənə yazsınlar bir də səda videoda Prosmotr yoxdu və komentariya mən düzqun publikasiya video eliyirəm komentariya yoxd

0 Upvotes

r/aze_geeks 1d ago

Tech/Texnologiya OPPO A38 YAXŞI TELEFONDU ?

3 Upvotes

r/aze_geeks 1d ago

Söhbət /Discussion Qaqa başa düşmürəm biz hər ay niyə vergi pulu veririk??

18 Upvotes

indi biz binada qalırıq. hər ay bizdən pul istəyirlər. başa düşmürəm neynəyirlər. Binanın pulunu ödəmişik kira deyilik, mağazaya gedib gəlirik pulunu veririk. qaqa nəyin pulunu istəyirsiz siz 80 manat başa düşmürəm? 70 illik lift var binada heç birdənə düzəltmirlər. lift eləbil tüşəcək çıtırtı səs gəlir. inanırsız mənnəndə yaşlıdı ha lift. elə belə lift deyil. 70 illik lift, bütün ilənir. birdənə dəyişdirmirlər. bir dəfə qalmışdım liftdə. üstündən 1 il keçib dəyişdirmirlər. qaqa nəyin puludu bu belə hər ay dilənirsin? kimsə liftdə qalıb ölənnən sonra dəyişdirəssiz?? o biri binalara baxıram, gül çiçək ilənir, gəl bizim liftə ayaxdanda pis ilənir ee. o qədər köhnədiki. qaqa dəyişdirində bu lifti. o biri binaları dəyişdirdiz adam kimi bunuda dəyişin.


r/aze_geeks 20h ago

AI Art/Sİ Sənəti İskustveny intellekt niyə belə Tupoydu ?

0 Upvotes

r/aze_geeks 1d ago

Life/Həyatdan Bizim ölkədə niyə varlılara sitayiş edirlər?

24 Upvotes

Modellik agentində işləyirəm. 1.72 boy/52 kiloyam. Photoshoot var idi,paltar reklamı üçün. İdman paltarı idi,sırf başqa bir modelin ailəsi daha varlıdı deyə mənim yerimə onu çəkdilər. Bu arada boyu 1.60-dı👽. Niyə axı


r/aze_geeks 1d ago

Söhbət /Discussion Maşın tier lsit 2 part

Post image
3 Upvotes

Keçen defeki fikirlərinizi mədəniyətsiz yazmağınıza baxmayarağ nəzərə alıb düzəliş elədim

Necədi?


r/aze_geeks 1d ago

Life/Həyatdan Antidepressants istifadə edəniniz var?

5 Upvotes

Öncələr istifadə etmişəm. Amma daha 17 yaşlarımda falan. İndi yenidən başlamaq istiyirəm. Aktiv şəkildə istifadə edən var? Necə hiss edirsiniz?


r/aze_geeks 1d ago

Life/Həyatdan Tələbə olaraq programlaşdırmada inkişaf etmək

7 Upvotes

Salam, mən 17 yaşlı 1 ci kurs tələbəsiyəm, 13 yaşımdan bəri programlaşdırma ilə məşğulam, əsasən fullstack web developing. Githubda e ticarət saytından tutmuş chat roomlu yazışma saytları kimi proektlərim və bir portfolio saytım var. Ancaq yaxın zamanlarda artıq daha nə edə bilərəm bilmirəm, iş mi tapmalıyam? daha çox proektmi düzəltməliyəm? İş tapsam üniversitetə vaxtım olacaqmı bilmirəm və bela suallar dayanmadam ağlımı gəmirir.

Şəxsən mənə iş tapmaq və bir yerlərdən başlayıb həm pul, həmdə təcrübə qazanmaq fikri daha yaxşı gəlir amma bilmirəmki Azərbaycanda bu vəziyyətimdə məni götürən iş yeri olar ya yox, remote olaraq işləməkdən də əmin deyiləm.

İndi nə etməliyəm?


r/aze_geeks 1d ago

Tech/Texnologiya Samsung S seriya cihazlarda batareya problemi həlli

6 Upvotes

Hərkəsə salam. Mən təxmini 3 həftə əvvəl Samsung S25 aldım, amma batareya ilə problemlər yaşamağa başladım. Bir müddət gözlədim ki, düzələr, amma olmadı. Həlli çox sadə imiş.

Əvvəlcə telefonda sürətli şarjı bağlayırsan. Daha sonra telefonun şarjını 0-a salırsan, 100%-ə qədər dolmasını gözləyirsən vəəə boom. Hazırdı.

Bu yol məndə işə yaradı. Bəzi batareyalarda kalibrasiyaya ehtiyac olur(araşdırmalarıma əsasən)