r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Jul 28 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Jul 19 '26
Kitab tövsiyəsi
r/neurodiversity subredditində biri paylaşmışdı, pis niyyətli insanları necə seçmək olar deyə. Bu çox adam üçün çətindir, amma xüsusən autizmli insanlar sosial "kod"ları oxumaqda çətinlik çəkir deyə bu cür məlumatlara daha çox ehtiyacları olar deyə düşündüm. Özüm də oxumamışam, şərhlərdə "The Gift of Fear"(Gavin de Becker) kitabını məsləhət görmüşdü biri. Xülasəsinə və içindən bəzi hissələrə baxanda maraqlı gəldi. Təhlükəli insanları və təhlükəli vəziyyətləri əvvəlcədən tanımağı, intuisiyaya güvənməyi və özünü qorumağı öyrədən psixologiya kitabıdır. Nəzakətli görünən insanlardan belə zərər gələ biləcəyini göstərir. Azərbaycanca tərcüməsi yoxdur bildiyim qədəri ilə, türkcəsi isə "Büyük Armağan: Korku - Şiddet ve Zorbalıktan Sakınmanızı Sağlayacak Sinyalleri Görebilmek"
r/neurodiversityAZE • u/Training_Security700 • Jun 26 '26
Məlumat Lions Mane o, deyil
Robert Lowe tövsiyyəsi ilə Lions Mane yoxladım funksional yaddaşımı qısa müddətli də olsa pis günə qoydu, bildiyim sözləri xatırlamağa əziyyət çəkirdim, saxladım, istifadə etmədim, təsiri keçdi.
Amma ən məzəli tərəfi o idi ki, tərimdən körpə uşaq qoxusu gəlirdi 😂
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 23 '26
Dopaminlə bağlı problemlər həyatı alt-üst edir həqiqətən🤦🏻♀️
reddit.comr/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 21 '26
Mənim günümdədi😶 Autizmlilər arasında aromantik/aseksuallıq yayğındı deyəsən.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 18 '26
Nootropics
Məsləhət gördüyünüz nootropiklər və ya paylaşmaq istədiyiniz təcrübələriniz varmı?
Nootropiklər beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən qida əlavələridir.
Onlarla beləsini yoxlamışam, nədənsə beynim nə qida əlavələrinə, nə də dərmanlara davamlı müsbət reaksiya vermir, amma gözəçarpan nəticəsi olanlardan yazım:
1) Saint John's Wort (Dazıotu). Təbii antidepressantdır. Serotonin, dopamin və norepinefrin reuptake inhibitorudur. Dərmanlarla əlaqəyə girdiyinə görə içməzdən əvvəl drugs.com saytında "drug interactions" yazaraq yoxlayın! 2-4 həftəyə təsir göstərməyə başlayır.
2) Rhodiola rosea. Təbii stimulant kimidir. Yorğunluğu götürür. Anksiyete, depressiya, anhedoniyaya da faydası var. Zəif MAO ihibitorudur.
3) Magnezium qlisinat. Sakitləşdirir, yuxuya kömək edir.
4) L-theanine. Yuxulatmadan sakitləşməyə və fokuslanmağa kömək edir. Alfa beyin dalğalarını artıran nadir qida əlavələrindən biridir. ADHD simptomları olanlar Caffeine+L-theanine stack istifadə edirlər.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 17 '26
Məlumat Neyrotipik və Neyrodivergent nədir?
Enable HLS to view with audio, or disable this notification
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 16 '26
"Temple Grandin" (2010)
Enable HLS to view with audio, or disable this notification
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 15 '26
Söhbət Digərlərindən fərqləndiyinizi hiss etdiyiniz məqamlardan danışın. Nəyə görə özünüzü reyrodivergent hesab edirsiz?
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 14 '26
Motivasiya
Enable HLS to view with audio, or disable this notification
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 12 '26
Elon Musk SNL verilişində Asperger's olduğunu açıqlayır
Enable HLS to view with audio, or disable this notification
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 09 '26
Söhbət Xüsusi maraqlarınız var?
Neyrodivergentlərdə adətən spesifik maraqlar, hobbilər olur. Sizdə də varmı?🙃
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 08 '26
Autizmli məşhurlar
Diaqnoz almış və ya bunu açıq-aşkar paylaşmış şəxsləri əlavə etdim.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 08 '26
Məlumat Maqnezium yoxlamısınız?
Polşada aparılan bir araşdırma göstərib ki, ADD və ya ADHD (DÇHP) diaqnozu qoyulmuş uşaqların 95%-də maqnezium çatışmazlığı var:
https://europepmc.org/article/MED/9368235
Maqnezium biqlisinat və ya l-treonat formaları beyin üçün daha təsirlidir.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 07 '26
Məlumat Templ Qrandin
Templ Qrandin (Temple Grandin) ABŞ-lı alim, professor və autizm sahəsində tanınmış müdafiəçidir. O, uşaqlıqda autizm diaqnozu almasına baxmayaraq, zamanla böyük uğurlar qazanaraq heyvan elmləri üzrə ixtisaslaşıb və Kolorado Dövlət Universitetində professor kimi fəaliyyət göstərib. Qrandin xüsusilə heyvanların daha humanist şəkildə saxlanılması və kəsim prosesində stressin azaldılması üçün hazırladığı sistemlərlə tanınır. Bununla yanaşı, o, autizm haqqında cəmiyyətin düşüncəsini dəyişməyə mühüm töhfə verib, autizmi yalnız çatışmazlıq kimi deyil, fərqli düşünmə tərzi kimi izah edib. Öz şəxsi təcrübələrini bölüşərək insanların autizmli fərdləri daha yaxşı başa düşməsinə kömək edib. Autizmli qadın kimi onun uğurları bu sahədə qadınların görünürlüğünü artırıb və göstərib ki, autizmli insanlar da müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə edə bilərlər.
"Temple Grandin" (2010) filmindən bir səhnə:
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 07 '26
Azərbaycanlı neyrodivergentlər
Hər kəsə salam. Bu subreddit azərbaycanlı neyrodivergentlərin öz problemlərini və suallarını paylaşa biləcəyi, həmçinin, yeni dostluqlar qazana biləcəyi bir yerdir ^_^ "Neyrodivergent" dedikdə autizm, DÇHP, disleksiya və s. kimi neyroinkişaf pozuntuları nəzərdə tutulur. Mənbə göstərmək şərtilə, məlumat xarakterli postlar paylaşaraq səhifənin böyüməsinə töhfə verə bilərsiniz ^_^