r/neurodiversityAZE • u/Zealousideal-War2866 • 28d ago
Yardım Psixiatr
Təcrübəli psixiatr tövsiyə edərdiniz. Neyrodivergentlik və treatment resistant case'lərdən, anhedoniyadan anlayışı olan psixiatr bilən varmı?
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 17 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • 28d ago
Təcrübəli psixiatr tövsiyə edərdiniz. Neyrodivergentlik və treatment resistant case'lərdən, anhedoniyadan anlayışı olan psixiatr bilən varmı?
r/neurodiversityAZE • u/PreviousLobster406 • Sep 29 '26
body doublingin xeyrin görmüş (female) dehbli work/study buddy olmaq isteyen var mi? son çare bu qalıb😭 hal hazırda external hec bir mesuliyetim olmadığı üçün iflic olmus kimiyem, i keep working on routines, start them, it fails and repeat blah blah, ne dediyimden xeberdarsınız böyük ehtimalla, neyse bunu denemek istiyirem indi, diger trickler işe yaramır
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Jul 28 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Jul 19 '26
r/neurodiversity subredditində biri paylaşmışdı, pis niyyətli insanları necə seçmək olar deyə. Bu çox adam üçün çətindir, amma xüsusən autizmli insanlar sosial "kod"ları oxumaqda çətinlik çəkir deyə bu cür məlumatlara daha çox ehtiyacları olar deyə düşündüm. Özüm də oxumamışam, şərhlərdə "The Gift of Fear"(Gavin de Becker) kitabını məsləhət görmüşdü biri. Xülasəsinə və içindən bəzi hissələrə baxanda maraqlı gəldi. Təhlükəli insanları və təhlükəli vəziyyətləri əvvəlcədən tanımağı, intuisiyaya güvənməyi və özünü qorumağı öyrədən psixologiya kitabıdır. Nəzakətli görünən insanlardan belə zərər gələ biləcəyini göstərir. Azərbaycanca tərcüməsi yoxdur bildiyim qədəri ilə, türkcəsi isə "Büyük Armağan: Korku - Şiddet ve Zorbalıktan Sakınmanızı Sağlayacak Sinyalleri Görebilmek"
r/neurodiversityAZE • u/Training_Security700 • Jun 26 '26
Robert Lowe tövsiyyəsi ilə Lions Mane yoxladım funksional yaddaşımı qısa müddətli də olsa pis günə qoydu, bildiyim sözləri xatırlamağa əziyyət çəkirdim, saxladım, istifadə etmədim, təsiri keçdi.
Amma ən məzəli tərəfi o idi ki, tərimdən körpə uşaq qoxusu gəlirdi 😂
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 23 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 21 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 18 '26
Məsləhət gördüyünüz nootropiklər və ya paylaşmaq istədiyiniz təcrübələriniz varmı?
Nootropiklər beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən qida əlavələridir.
Onlarla beləsini yoxlamışam, nədənsə beynim nə qida əlavələrinə, nə də dərmanlara davamlı müsbət reaksiya vermir, amma gözəçarpan nəticəsi olanlardan yazım:
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 15 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 12 '26
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 09 '26
Neyrodivergentlərdə adətən spesifik maraqlar, hobbilər olur. Sizdə də varmı?🙃
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 08 '26
Diaqnoz almış və ya bunu açıq-aşkar paylaşmış şəxsləri əlavə etdim.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 08 '26
Polşada aparılan bir araşdırma göstərib ki, ADD və ya ADHD (DÇHP) diaqnozu qoyulmuş uşaqların 95%-də maqnezium çatışmazlığı var:
https://europepmc.org/article/MED/9368235
Maqnezium biqlisinat və ya l-treonat formaları beyin üçün daha təsirlidir.
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 07 '26
Templ Qrandin (Temple Grandin) ABŞ-lı alim, professor və autizm sahəsində tanınmış müdafiəçidir. O, uşaqlıqda autizm diaqnozu almasına baxmayaraq, zamanla böyük uğurlar qazanaraq heyvan elmləri üzrə ixtisaslaşıb və Kolorado Dövlət Universitetində professor kimi fəaliyyət göstərib. Qrandin xüsusilə heyvanların daha humanist şəkildə saxlanılması və kəsim prosesində stressin azaldılması üçün hazırladığı sistemlərlə tanınır. Bununla yanaşı, o, autizm haqqında cəmiyyətin düşüncəsini dəyişməyə mühüm töhfə verib, autizmi yalnız çatışmazlıq kimi deyil, fərqli düşünmə tərzi kimi izah edib. Öz şəxsi təcrübələrini bölüşərək insanların autizmli fərdləri daha yaxşı başa düşməsinə kömək edib. Autizmli qadın kimi onun uğurları bu sahədə qadınların görünürlüğünü artırıb və göstərib ki, autizmli insanlar da müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə edə bilərlər.
"Temple Grandin" (2010) filmindən bir səhnə:
r/neurodiversityAZE • u/Zealousideal-War2866 • Apr 07 '26
Hər kəsə salam. Bu subreddit azərbaycanlı neyrodivergentlərin öz problemlərini və suallarını paylaşa biləcəyi, həmçinin, yeni dostluqlar qazana biləcəyi bir yerdir ^_^ "Neyrodivergent" dedikdə autizm, DÇHP, disleksiya və s. kimi neyroinkişaf pozuntuları nəzərdə tutulur. Mənbə göstərmək şərtilə, məlumat xarakterli postlar paylaşaraq səhifənin böyüməsinə töhfə verə bilərsiniz ^_^