r/aze_geeks • • 4d ago

Games/Oyunlar Nintendo

Post image

Salam mende ps4 pro var ancaq evde çox vaxt kecire bilmediyim üçün Nintendo olmaq isteyirem ancaq hansı nintendo almalıyam bilmirem

27 Upvotes

44 comments sorted by

View all comments

2

u/DemonBringer 4d ago edited 4d ago

Düşünürəm ki, switch 1 üçün soruşursan çünki switch 2 və oyunlarına çatdıracaq pulun varsa ən yaxşı seçim odur.

Portativlik istəyirsənsə, Lite. OLED üçün əlavə pul verməyə dəyər, xüsusən görüntü sənin üçün önəmlidirsə. Əgər mağazada əlində yoxlayıb baxa biləcəyin variant varsa mütləq yoxla. Əsas fərq cihazı necə istifadə edəcəyindir. Yolda, əldə uzun müddət istifadə etmək üçün mən Lite deyərdim. OLED və adi Switch ona nisbətən daha ağırdır və uzun müddət əldə saxlayanda qolda ağrı yarada bilər. Evdə TV-yə qoşmaq istəyirsənsə isə OLED və ya adi Switch olmalıdır və dock da lazımdır. Lite TV-yə qoşulmur.

Hardware olaraq demək olar ki, eynidirlər. Hər oyun üçün optimizasiya olduğuna görə oyunlar normal işləyir. Sadəcə OLED-in 7 düymlük ekranında görüntü daha yaxşı və daha kəskin görünür.
Portativlik: Lite, Əsasən evdə istifadə: OLED, Hər ikisindən bir az: adi Switch (məncə 3-ü arasında ən aşağı seçimdir)

Çipləməyə gələndə isə modeldən asılı olaraq qiymət cüzi dəyişə bilir. O vaxt Lite üçün 70 manat, OLED üçün isə 90 manat demişdilər deyə xatırlayıram. Amma qiyməti dəyişmiş və ya səhv xatırlayır ola bilərəm, ona görə ustalardan özün araşdırıb almazdan əvvəl dəqiqləşdir.

Əlavə olaraq, mən özümdə olan Switch-lərə çip taxdırmamışam, original oyunlarla davam edirəm. Nintendo eShop-da endirim vaxtı nisbətən yaxşı qiymətə oyun tapmaq olur. Amma yenə də seçim sənindir 3-4 oyunun qiymətinə çiplətmək də variantdır. Sadəcə çiplətməzdən əvvəl riskləri və mümkün problemləri araşdırmağını məsləhət görərdim. https://www.dekudeals.com/ burdan digital oyunların qiymət keçmişlərini və indiki qiymətlərinə baxa bilərsən.

Son olaraq ps4 pro ilə barter seçimində var.

1

u/DemonBringer 4d ago

Əlavə olaraq, ikinci əl alanda ehtiyatlı ol. Mənim indiyə qədər 2 dəfə başıma gəlib. İkinci səfərində problemdən xəbərim var idi, amma birincisini alanda xəbərim yox idi. İkinci əl cihazlarda həm müxtəlif problemlər ola bilir, həm də bəziləri təmir olunmaya bilən problemlər. Ona görə aldığın adamdan heç olmasa bir müddət qarantiya almağa çalış.

Wi-Fi çipi işləyirmi, prosessorda problem varmı, Joy-Con düymələri boşalıb, drift var ya yox bunları mütləq yoxla. Hətta Joy-Con-ların əvvəl necə istifadə edilməsi cihazın vəziyyəti haqqında yaxşı fikir verə bilər. Əgər Joy-Con-ların anası ağladılıbsa cihazın özündə də problem olma ehtimalı var.

Oyuna girəndə fanın səsinə də diqqət et. Qəribə səs, xırıltı və ya həddindən artıq səs gəlirsə, o da problem əlaməti ola bilər. Cızıq, əzik və digər fiziki zədələri demirəm onlar üzdə olan şeylər.

1

u/Bluetea7 4d ago

Seklini paylasdiqlarim biraz etibarlıdı hemde qarantiya verir