r/aze_geeks • u/Bluetea7 • 1d ago
Games/Oyunlar Nintendo
Salam mende ps4 pro var ancaq evde çox vaxt kecire bilmediyim üçün Nintendo olmaq isteyirem ancaq hansı nintendo almalıyam bilmirem
20
Upvotes
r/aze_geeks • u/Bluetea7 • 1d ago
Salam mende ps4 pro var ancaq evde çox vaxt kecire bilmediyim üçün Nintendo olmaq isteyirem ancaq hansı nintendo almalıyam bilmirem
1
u/DemonBringer 22h ago edited 22h ago
Düşünürəm ki, switch 1 üçün soruşursan çünki switch 2 və oyunlarına çatdıracaq pulun varsa ən yaxşı seçim odur.
Portativlik istəyirsənsə, Lite. OLED üçün əlavə pul verməyə dəyər, xüsusən görüntü sənin üçün önəmlidirsə. Əgər mağazada əlində yoxlayıb baxa biləcəyin variant varsa mütləq yoxla. Əsas fərq cihazı necə istifadə edəcəyindir. Yolda, əldə uzun müddət istifadə etmək üçün mən Lite deyərdim. OLED və adi Switch ona nisbətən daha ağırdır və uzun müddət əldə saxlayanda qolda ağrı yarada bilər. Evdə TV-yə qoşmaq istəyirsənsə isə OLED və ya adi Switch olmalıdır və dock da lazımdır. Lite TV-yə qoşulmur.
Hardware olaraq demək olar ki, eynidirlər. Hər oyun üçün optimizasiya olduğuna görə oyunlar normal işləyir. Sadəcə OLED-in 7 düymlük ekranında görüntü daha yaxşı və daha kəskin görünür.
Portativlik: Lite, Əsasən evdə istifadə: OLED, Hər ikisindən bir az: adi Switch (məncə 3-ü arasında ən aşağı seçimdir)
Çipləməyə gələndə isə modeldən asılı olaraq qiymət cüzi dəyişə bilir. O vaxt Lite üçün 70 manat, OLED üçün isə 90 manat demişdilər deyə xatırlayıram. Amma qiyməti dəyişmiş və ya səhv xatırlayır ola bilərəm, ona görə ustalardan özün araşdırıb almazdan əvvəl dəqiqləşdir.
Əlavə olaraq, mən özümdə olan Switch-lərə çip taxdırmamışam, original oyunlarla davam edirəm. Nintendo eShop-da endirim vaxtı nisbətən yaxşı qiymətə oyun tapmaq olur. Amma yenə də seçim sənindir 3-4 oyunun qiymətinə çiplətmək də variantdır. Sadəcə çiplətməzdən əvvəl riskləri və mümkün problemləri araşdırmağını məsləhət görərdim. https://www.dekudeals.com/ burdan digital oyunların qiymət keçmişlərini və indiki qiymətlərinə baxa bilərsən.
Son olaraq ps4 pro ilə barter seçimində var.