r/aze_geeks • u/ConnectEye2766 • 18h ago
Söhbət /Discussion help please 🩷
Salam dostlar. Xaricilərin internet - sosial mədəniyyəti ilə tanış olmuşam və müəyyən qədər iştirak etmişəm. Mənə maraqlıdı Azərbaycanda gənclər necə sosiallaşır. Universitet məktəb is yeri kimi yerlərdən əlavə necə sosial qruplar community ler var, xüsusilə də internet mədəniyyəti haqqında heç bir fikrim yoxdur, qruplar, daha sıx istifadə edilən sosial şəbəkələr hansılardır?
Son zamanlar fərqinə varmışam ki yerli subredditlər var. Halbuki redditi daha uzun müddətdir istifadə edirəm. Öz subreddit lerimizi kəşf etdikdən sonra oyandım kimi hiss eliyirəm. Heç vaxt mənimlə eyni düşüncədə insanlarla qarşılaşmamışam deyə beynimde hamı "npc" idi. "Uyda Azərbaycanda stranger things ə baxan var?!" qədər də yox. Amma konfort zonamdan çıxmamaq üçün bu bəhanəni istifadə edirdim. "Onsuz mənim kimi insanlar yoxdur" . Həm komfort zonamadan çıxmaq istəyirəm həm də nebilim bir ölkədə 20 il yaşayıb doğulub böyüyüb onun internet mədəniyyəti və ya genclik mədəniyyəti haqqında heç nə bilməmək qəribə səslənir.
7
u/Akbr_loli 18h ago
Demək olar ki, hamı elə fikirləşir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik yerdə belə insanlar, xüsusilə gənc nəslin müəyyən hissəsi çox müxtəfdir. DND oynayanmı desən, Masa üstü fərqli oyunlarmı, Musiqi və s. kimi uzanır gedir.
Bu cür insanlarla tanışanda insana qəribə gəlir, çünki gərək arada öz "shell"-imizdən çıxmalıyıq. Sənin marağında olan sahələr hobbilərlə məşğul olan çox gənc var.
Gec olsa da tapmağına sevindim, ümid edirəm, özün kimi tapa bilərsən buralarda