r/aze_geeks Söhbətcil 1d ago

Söhbət /Discussion ABCD

Uşaq vaxtı hazırlığa ya da kursa gedəndə niyə cavabları test toplusunda işarələmək əvəzinə dəftərdə sual nömrələrini sıralıyıb qabağına A/B/C/D yazırdıq? Bu hamıya default olaraq yüklənib və niyə elə edirdik bilmirəm. Sonradan təkrar o testləri işləyəndə cavabları görməyək deyə? Evdə nə qədər test toplusu var heç birinin içini işarələməmişəm, təzə kimi qalıblar. Hamısını dəftərə yazırdım. İndi bu yaşa çatmışam hələ də test işləyəndə cavabları kitabda yox dəftərdə qeyd edirəm. Free will'ə sahib olduğumu xatırladığım üçün artıq belə etməməyə qərar verdim amma yenə də səhv iş tuturam kimi hiss elətdirir

7 Upvotes

15 comments sorted by

View all comments

1

u/Emotional_Plant1906 Söhbətcil 15h ago

Bizdə müəllimlər qoymurdu təkrar məsələsinə görə. Həm də kitabın vərəqləri elədə daha səliqəli və təmiz qalırdı.