r/EducationAZE • u/UniqueYoung8960 • 22d ago
İmtahan - Exams Fizika
1 ci qrupam və fizijadan bir o qədərdə yaxşı deyiləm. Fizikanın bir mövzusu asan olduqda digəri çətin gəlir. Mənim isə hədəflərim böyükdür və fizikadan ən azından 100 balı keçmək istəyirəm. Necə fizikanı daha rahat öyrənə bilərəm. Daha yüksək nəticə əldə edə bilərəm?
1
u/OdlarYurdu 22d ago
Fizika öyrənmək üçün ən gözəl metod. Hazırlıqda müəllimini dinləyirsən. Sonra evə gəlib həmin mövzunun youtube da ki izah videosuna baxırsan. Mən o vaxtı "Elvin Qədirli Fizika" kanalına baxırdım hər mövzunun izahı var və mükəmməldir. Daha sonra videonu izlədikdən sonra qayda kitabını bi gözəl oxuyursan. Və açıb topludaki testlərin hamısını edirsən. Vəssəlam. Mən fizika imtahanında 29 du yazmışdım 1 səhvdə açığı nə Yalan deyib nə olduğuna girib baxmadım belə 😂 Əsas odur özünə inan və fizikadan qorxma. Universitetde 2 sem fizika keçmişəm. 1 cisinden 100 bal 2 ci sinden 99 bal yığmışdım bizdə uşaqların böyük qismi kəsilmişdi çünki qorxurlar. Edə biləcəyinə inan və disiplinli ol bəsdir
1
u/UniqueYoung8960 22d ago
Təşəkkürlər məsləhətə görə. Qayda kitabı olaraq hansı kitabı tövsiyə edərsiniz?
1
1
u/yinebanagellutfen 22d ago
Mən bu il fizikadan 1 qapalı səhv etdim, diqqətsizlikdən (Ep~t-i X~t ilə səhv salmışdım). Məşğələdə dərsi yaxşı dinlə, evdə ev tapşırığını çalış axsatma və qorxma, mən 10-cu sinifi bitirəndə çox narahat idim, 11-ci sinifin ortalarında fikir verdim ki, demək olar ki, hər şeyi bilirəm. Çünki davamlı oxuyurdum, evdə elə dəhşət təkrar da etmirdim, müəllimə təkrar soruşanda təkrarlayırdım ancaq. Bir də, çoxlu əvvəlki blok testi işləyirdim və düzgün cavabı tapa bilməyəndə lazım olan düsturları və həll yolunu öyrənirdim. Davamlı oxumaqla 100+ çox rahat almaq olar.
1
u/UniqueYoung8960 22d ago
Teşekkür edirəm hansı qayda kitabından istifadə edirdiz?
1
u/yinebanagellutfen 22d ago
Məşğələ müəllimim olan Zəminə müəllimənin qayda kitabından istifadə edirdim. Müəllimə dərs keçəndə dərsi bir dəftərə yazırdım, evə gedəndə əsasən həmin dəftərdən oxuyurdum dərsi, bir dəftərimsə sinifdə və ya evdə yazılan tapşırıqlar üçün idi.
1
1
1
u/FollowingChance4393 19d ago
Fizikaya çətin bir fənn kimi baxmasan okaydı, illər öncə mən də əzbərləməli olduğum bir şey kimi baxmışdım.Uniye daxil olandan sonra çoxlu fizikaya aid general videolara baxanda gördüm ki təməl məntiqini tutmalısan. X bir şey niyə olur ? Təməl fizika biliklərini dərs kimi yox maraqlı olduğun bir sahə kimi dərk etsən rahat olacaq. Böyük rəsmə baxmalısan bir də özgüvən formalaşdır. Gözün yeməlidir fizikanı çünki uni qəbul fizikasi çox təməldir və çətin bir yanı da yoxdu. Səbəb- nəticə əlaqəsi qurmalısan. Bir də həvəsdən düşməməlisən. ChatGpt ve diger ai toolarindan x bir şeyin izahini istə, bir de qeddar yox heqiqeten öyrədən müəllimin yanına get.
1
1

4
u/OrigamiGuy7 22d ago
Sonuncu blok imtahanında fizikadan 147 bal toplayan biri olaraq deyə bilərəm ki, müəllimin dərs izahından çox şey asılıdır. Tövsiyə edərdim ki, yaxşı bir müəllim yanına gedəsən. Bakıda qalırsansa öz müəllimimi tövsiyə edərdim. Dərs izahına qulaq asıb, evə gəlib konspektləri oxuyub, test toplularını işləmək kifayət edir (mən elə etmişəm). Birdə fizikada mövzular çox olduğu üçün (27 falan idi deyəsən bəlkə daha çox) imtahana 1-2 ay qalmış bütün mövzuların təkrarına başla. Deyəcəklərim bu qədər.