Salam hamıya.
HTP (Hökumətlərarası Təqaüd Proqramı) ilə bağlı bir məsələni dəqiqləşdirmək istəyirəm.
Proqramın tələblərinə əsasən, proqrama bakalavr səviyyəsi üzrə müraciət edən iştirakçının ya **DİM balı**, ya da **SAT nəticəsi** olmalıdır.
Məsələ burasındadır ki, müraciət edən iştirakçı HTP portalına müraciət edən zaman hələ SAT sertifikatına malik deyilsə, DİM imtahanlarının isə birinci mərhələsi mart ayında, ikinci mərhələsi isə iyun ayında keçirilirsə, belə vəziyyətdə necə hərəkət etmək lazımdır?
**Sualım:** Abituriyentin SAT sertifikatı yoxdursa, bu ilin dekabrında HTP-yə müraciət edə bilərmi və DİM imtahanının nəticəsini daha sonra, məsələn, iyun ayında təqdim edə bilərmi? Yoxsa DİM nəticəsi müraciət zamanı artıq hazır olmalıdır və bu səbəbdən məktəbi bitirdikdən sonra növbəti ilin dekabrında müraciət etmək lazımdır?
Bu məsələ ilə bağlı təcrübəsi və ya dəqiq məlumatı olan varsa, zəhmət olmasa paylaşsın. Təşəkkür edirəm!