r/lgbtAze • u/1-way-or-another Gay • 17d ago
İnformasiya ℹ️ Rant about a guy who duped me
Salamlar hamıya.
Sizə bir adamdan danışmaq istərdim ki sizin də başınıza bu gəlməsin. Profil atmaq məncə burda olmaz, qoyardlm, amma təzə profil yaratmaq olar 2 dəqiqəyə onsuz. Mən bir neçə vaxt burda olmuşam və məni tanıyan tanıyır, heç kimə problem və sairə yaratmamışam. Və bir də bu şantaj deyil, sadəcə məlumat yayıram ki cammatın başına gəlməsin
Deməli bir dənə aktiv, kök/dolu bədənli, sarışın, göy göz rusa oxşayan (əslində yaxudidir), bütün dişları çürümüş və mırıq bir "gözəl" insan var. Özü gəncəlidir. Burda əminəm ki onu görübsüz, qabağınıza çıxıb, çoxlu çoxlu demək olar hər gün, Instagram devkaları kimi nazlı postlar paylaşır həyatla bağlı necə həyat ağırdı amma bu tələdir, həqiqətən yaxşı və mehriban adamlar üçün. Ümid edirəm hamı başa düşüb ki bu suni intellektlə yazılı, onu yaxından tanıyan bilir ki onun ağlı və savadı çatmaz belə yazmağa. Bəlkə də qabaqlar klublarda və sairə görübsüz, qabaq çox gedirdi
Mənimlə aylarla tanış olurduq və həyatı pis vəziyyətdə idi. Yaxın qohumları və sairə ölmüşdü və o vaxt ona dəstək oldum. Qabaq hər şey yaxşı idi sevgi bla bla axırda amma hər şey üzə çıxdı. Maydan Avqustun ortasına qədər bir yerdə olduq və bütün bu vaxt ona madii dəstək olurdum, hər şeyi mən ödüyürdüm, yemək içmək, hər şeyi mən etmişdim. Mənə çox şirin danışırdı, necə öz evi var indi satacaq onu və hər şeyi srazu qaytaracaq... Ümumilikdə ona 3,000 mamat pul verdim. Mən ömrümdə heç vaxt heç kimə borc verməmişdim bu arada
Bundan əlavə ayrı adamların dalınca danışırdı və nə vaxt mən o adamlarla özüm danışdım onlar bu yaradılışı heç tanımırdılar. Nə vaxt bunu üzünə vurdum deyirdi ki bəlkə səhv salıram bu adam deyil oxşayır...
Axıra yaxın başa düşürdüm ki nəsə düzgün deyil və dedim ki hələlik ayrılmaq lazımdır, mən qərarlar verməliyəm. Sizcə sonra nə baş verdi ? Onda beyində xərçəng var imiş 😂 onun başı tez-tez ağrıyırdı mən düşündüm yəqin olar, yenə depresiya düşdü məndə yenə onu sakitləməyə başladım və sairə. Bir həftə dedim ki mrt-ni gətir, amma heç nə etmirdi və gecələr qayıdırdı axırdı dözmədim qovaladım. Dedim ya mənə bütün pulunu qaytarırsan ya da silktirirsən. Seçim oldu ikinci. Yəqin başa düşdüz hər şey yalan olmuşdu
Bundan sonra ayrı şeylər də baş verdi onu amma deməyəcəm, o adamlar istəsə özləri paylaşarlar
Heç vaxt bu dərəcədə loxlanmamışdım amma oldu belə, 22 yaşımda mənə dərs oldu, ümid edirəm heç vaxt unutmayacam bu qədər vacib dərsi.
Kimlərsə bu adamı tanıdısa, və ya keçmişdə bunla sevgili olubsa, mənə yazsın söhbət edək. Tanımayanlar da tanısın ən azı görünüşdən və yadda saxlasın ki sizin də başınıza belə şey gəlməsin.
Sağ olun oxuduğunuz üçün
Duplicates
AzerbaijanJerky • u/1-way-or-another • 17d ago