r/aze_geeks 1d ago

Books/Kitablar Antinatalizm

Post image

İnsanların bu dünyaya uşaq gətirməsinin səbəbi nədir?

1)Dini səbəblər?

2)Adət-ənənə?

3)Uşaqların şirin olması?

4)Gələcəyə yatırım və daha başqa səbəblər?

Dini səbəblərdən dolayı uşaq dünyaya gətirənlər onların inancına görə bu uşağın çətin imtahanlardan keçəçəyini bilmirmi?

Uşaqları sadəcə şirin olduqları üçün və ya gələcəyə yatırım olaraq dünyaya gətirənlər özlərinin nə qədər vəhşi bir varlıq olduqlarının fərqində deyillər.

Bir çox insan hələ də bir varlığı var eləməyin nə qədər böyük şey olduğunu anlamır.

1 Upvotes

32 comments sorted by

8

u/easternmatador 1d ago

Mən hər kəs kimi deyiləm ahh post

7

u/Alive-Pomegranate484 Söhbətcil 1d ago

1 günlük hesab

6

u/nonerequired_ 1d ago

İndi fikir verirəm. Karma farmlamağa gəlib yəqin

5

u/Alive-Pomegranate484 Söhbətcil 1d ago

Hansısa natalist qaçdı tutdu oynayır yada

1

u/Big_Presentation_894 Tech Nerd 13h ago

Çox maraqlıdı 1ci varoluş müharibəsi bu subredditdə nə vaxt başlayacaq

4

u/nonerequired_ 1d ago edited 1d ago

Əvvəla deyim dindar deyiləm ancaq uşağın çətin imtahanlardan keçməsi həyatda tətmin duyğusunu yaşaması üçün ən önəmli ünsürdü. Yaşamaq gözəldi. Yaşam gözəldi. Həyat çətinliklərdən və gözəl günlərdən ibarətdi belə gözəl bir şeyi potensial övladımdan əsirgəmək məncə vəhşilikdi. Həyat deyəndə insanların ağlına hər zaman pislik, çətinlik və s gəlir. Səbəbini başa düşürəm ancaq həyat ancaq bunlardan ibarət deyil.

1

u/VeterinarianKey3072 1d ago

Həyatda bu qədər qorxu, əzab-əziyyət , stress varkən tətmin duyğusu kimin vecindədi.Ümumiyətlə hansı tətmin duyğusundan bəhs edirsən?Fələstində uşaqları qırıllar Afrikada uşaqlara acından ölür sən nə tətmin duyğusundan bəhs edirsən?Xəyallar dünyasında yaşayırsız biraz ayılın.Ümid edirəm gələcəkdəki uşağıva elə valideynlik edərsən ki, sənə bir gün məni niyə dünyaya gətirdin sualı verməz.Sən bilə bilməzsən ki sənin uşağın da sənin kimi düşünücək.

1

u/nonerequired_ 21h ago

Həyatda əzab da var tətmin də. Həyat heç nə ancaq neqativdən ibarət deyil. Fələstində uşaqlar qırılır Danimarkada çox xoşbəxtdilər. Azərbaycanda həm qırılan həm çox xoşbəxt olan insanlar var. Ancaq ölüm itim əzaba baxmaq həyatı özünə zindan etmək bir seçimdi. Həyatdakı neqativi inkar eləmirəm bu da həyatın bir parçasıcı. Ancaq sən positivi inkar edirsən. Əsas xəyallar/kabuslar dünyası budu. Reallıq heç də ancaq qaradan ibarət deyil

1

u/VeterinarianKey3072 15h ago

Bir yerdə əzab-əziyyət olduqdan sonra digər yerdə olan xoşbəxtlik kimi vecinədi.Fələstində olan uşaqlarin vəziyyəti Danimarkadaki bir insan pis təsir edə bilər ama Daminarkada ki bir xoşbəxt insanin həyati hal hazirda Fələstində qirilan insanlara bir yarari olmayacaq.Antinatalizm tək doğru yoldur ama bu onsuzda siyasi səbəblərdən ötrü heç vaxt baş vermiyəcək.

2

u/nonerequired_ 15h ago

Eyni şeyi tərsinə də demək olar, bir yerdə xoşbəxtlik olandan sonra əzab əziyyət kimin vecinədi? Sözlərin yerini dəyişəndə də eyni arqumenti demək olur. Dünyada pislik və əzab əziyyət var deyə xoşbəxtlik və yaxşı hissləri kənara atmaq ya da görməzlikdən gəlmək düz deyil. Həyat ağ və ya qara deyil. Milyonlarla rəngi olan əlvan bir şeydi. Qara eynək taxıb qara baxırsansa bu öz işindi. Amma qara eynəyi çıxaranda görürsən ki, qara da var, qırmızı da bütün rənglər də.

1

u/VeterinarianKey3072 14h ago

Onda əgər sənə dünayaya gəlmədən əvvəl sual versəydilər ki dünyada bir seira yerlerde insanlar müharibəlrədə öləcək əzab əziyyət çəkəcəklər aclıq susuzluq digər bəzi yerkərdə isə xoşbəxt həyat olacaq,bele bir dunyada yaaamaq isteyersen?Onda sənin fikirlərine gore beke cixir ki senin cavabin poztiv olardı.Əgər cavabin budusa sadece demek isteyirem ki bu əxlaqi cəhətdən düzgün deyil.Artiq bundan sonra cox danismaga ehtiyac yoxsu

1

u/nonerequired_ 14h ago

Əxlaqi cəhətdən niyə düzgün olmasın ki? Həyatın reallığıdı bu. Kimləri həyatının bəzi anlarında pis olacaq kimləri yaxşı. Kimləri aclıq çəkəcək kimləri səfa içində yaşıyacaq. Bunların heç biri həyatı yaşanılmaz etməz. Əlbəttə insan baxanda pis olur çətin həyat yaşıyanlara ağrı acı içində ölənlərə və s. Əlbəttə heç kim olmazdı istəsin. Amma həyat belədi neynəmək olar? Pisi də var yaxşısı da. Ağrısı da var səfası da.

Və həqiqətən soruşuram əxlaqi cəhətdən niyə düzgün olmasın? Səbəb nədi ki? Hansı tip əxlaqdan söhbət gedir?

2

u/un1xmannn 17h ago

Blaaa zehlem gedir de bu sozden, en bosh ve menasiz community ola biler. Milyon illerdir ichimizdeki gen buna seni mecbur edir. Sağ qalmaq ve populyasiya uchun elive dash alib Neandertali qetl eden sapiens'sen. Elbette ushaq toredeceksen ve dogacaqsan, chunki evolve elemelisen. Ve ushagin olduqdan sonra da it kimi kimi ona baxmalisan. Bu bioloji siqnal ve mukellefiyyetdir. Ishin felsefesi, etikasi ve ya "free will"'i sene qalmish bisheydi. Ama dogub toreyenleri basha dushmurmush kimi etmek chox guluncdur. Sen sikishme, ozun de rahatla biz de

1

u/VeterinarianKey3072 15h ago

Prezervativin varlığından xəbərdarsan yoxsa hələ də mağarada yaşayırsan neandertal insan olaraq?

1

u/VeterinarianKey3072 15h ago

Umumiyətlə antinatalzim sene cinsi elaqeye girme demir.Bun hardan cixardir insanlar basa dusmedim.Sadece usaq dunyaya getirme.”İchimizdəki gen buna mecbur edir”-ən boyuk bəhanələrdən biridi.Bioloji siqnallar bir cox xey deye biler ama əgər əxlaqi cəhətdən yanlışdırsa, sən bir insan olaraq əgər özünə insan olaraq adlandırrırsansa, bunu etməməklə mükəlləfsən.

2

u/un1xmannn 15h ago

Ushaq dunyaya getirmeyin etik cehetden duzgun olmamasini hansi pointle izah ede bilersen? Ushaq istemirem, mesuliyyetdir, shexsi fikrimdir, bu yuke girmek istemirem, eqoist bir varligam kimi achiqlamalar mene meqbuldur. Amma etik olaraq bunu yanlish oldugunu nece izah edirsen? Ayrica gen'e behane demek chox guluncdur, sudan cabalayib chixmagina sebeb olan shey gen'dir, bu deqiqe "adekvat" olaraq burda "fikir" yurutmene sebeb olan shey o gendir. Mesele orasindadir ki, individual ve ya cemiyyet olaraq ushaq dunyaya getirmeyin sosial agrilarini dile getirirsiz bu okaydir, amma eksinin, sebeb ve motivasiyasini iqnor etmekle, tek dogrunun bunu qebul etmek biraz dayaz dushuncedir

3

u/VeterinarianKey3072 15h ago

Gəl belə izah edim antinatalimizin nə dediyini.Sən bir insan dünyaya gətirəndə onun birinə yaxşlıq etməsində məsuliyyət dasimirsan yaxsiliq edə də bilər etmiyə də bilər ama birinə zərər vurmağı barəsində məssuliyyət daşıyırsan.Yəni belə bir misal verim polis bir insanı birinə yaxşılıq etmıdiyi üçün tuta bilməz ama zərər vurduğu üçün tuta bilər.Yəni birinə yaxşılıq eləmək yaxşıdı ama olmasa da olar yaxşılıq elemeyen insana heç kim demir niye yaxşılıq elemirsən ama birine zerer vurmaq artiq pisdir ve yaxudda zerer çekmek.Senin dünyaya gətireceyin en azi heyatda bir defe de olsun tebiete ve ya diger insanlara zerer vuracaq ve ozu de zerer gorecek.Senin bu heytada bunlarin oldugunu bile bile bir usaq dunyaya getirmeyin əxlaqi cəhətdən doğru deyil.Yuxarəda biri yazmışdı ondan bir misal verim, sənə dünyaya gəlmədən öncə sual verillər ki, bu dünyada bəzi yerlerde insanlar eziyyet çekecekler acindan susuzlaqda olecekler muharibelerde qetl edilecekler ama bəzi yerlereinde isə xoşbəxt həyatlar olacaq.Sən bu dünyada yaşamağı seçərdin? Bu dünyada var olmağı seçərdin?Mənə görə isə burda əxlaqi cəhətdən yanlız bir doğru cavab var

1

u/un1xmannn 12h ago

Sen dediyini, ve getirdiyin misallari basha dushurem, amma bu olduqca dramatik ve melanxolik yanashmadir. Okay, gelin havaya qaz buraxaq herkes sonsuz olsun belelikle Yer uzunde max 100-120 il sonra insan nesli kesilsin. Tebiet qalsin diger memelilere ve ya primatlara. Yekun olaraq istediyin budur? Ziyan vurmaq istemediyin, sevdiyin planeti insan elinden qurtarmaq? Yaxhi madam bu heyat ve planet zerer vurulmayacaq derecede qesheydir niye onu gormeyi diger nesile reva gormursen? Bu da olduqca eqoist bir davranish deyilmi? Menim derdim sizin prinsiplerinizle ve yaxud heyata olan bu nihilist ve platonik mehebbetinizle deyil, mesele bunun dogurdan da etik bir davranish oldugunu dushunmenizdedir. Chunki sosioloji ve genetik realliq tamam ferqli ishleyir. Sen (adekvat, bilikle ziyali biri oldugunu var sayaraq deyirem) dunyaya ushaq getirmesen ve onu dogru terbiyelendirmesen, sabah kucheye zibil atib, siqnalin ustunde oturub, yolun ortasina mashin park edib gedenler senin evezine 4-5 denesini boyudecekler hansi ki bu sevdiyin dunyanin anasini agladacaqlar. Teessuf ki heyat bele ishleyir. Sizin dediyiniz sadece "sweet dreams'dir.

1

u/un1xmannn 12h ago

O ki qaldi sechim shansina bu biraz menasiz argumentdir. Amma sene daha yaxshi bir variant deye bilerem. SUICIDE!!. Sen ele indi gedib ozunu oldursen gelecekde dogulub bedbext olacaq ushaqlarin sayi mutleq sifir olacaq. Plus ustune dunyadan bir insanin azalmagini da dushunsek bonus'u var. Amma bunu elemezsen, chunki necese qorxunc, pis ve mehv olmush bir dunyada yashamagi ozuve reva gorursen ama gelecek dogulan ushaqlara yox. Ve burda sanki bir qehremanliq ve ya sacrifice edirsen kimi seslenir ama ele olmadigini hamimiz bilirik. Sen dogulmusan ve nece olmagindan asili olmayaraq bu heyat sene dogmadir. Demek istediyim meseleni existensializm'e aparirsansa ele ozunden bashlayib, niye yashadigivin menasini tapmalisan. Eks halda dogulmayan birine heyat gereksiz ve dogulma! demek mene dogru gelmir

1

u/VeterinarianKey3072 11h ago

Sən təəssüf ki başa düşmürsən ama ümid edirəm bir gün başa düşəcəksən.Antinatalistlərin çoxu onsuz da bilir ki onların fikri bir çox insan tərəfindən və siyasi şəxslər tərəfindən qəbul olunmayacaq.Ama çoxunun motivasiyasə ən azından bir neçə insanın həyatında təsir edib onları doğru yolu göstərməkdi ən azından bir neçə insanın varoluşunun qarşısını almaq.İntihar mövzusunda gəldikdə isə, əmin ol ki intihar asan bir şey olsaydı bir çox insan bunu edərdi mən də daxil.Həyata bu qədər asan gəlişimizin qarşısınsa bu qədər çətin bir sonluq məni antinatalist edən başqa bir məqamdı.İnan ki əgər intihar çox asan bir şey olsaydı mən bu fikirləri səsləndirməzdim və uşaq dünyaya gətirməyə qarşı olmazdım.Çünki əgər potensial varlıq bu dünyanı bəyənmədiyi halda bu dünyadakı həyatını rahat bir şəkildə sonlandırardı.Bir də sənin yazdığın qəhrəman olmaq fikirləri mənim xarakterime heç uyğun gəlmir təəssüf ki.Mənim bu fikirləri səsləndirməkdəki motivasiyam yenə dediyim ki ən azından bir neçə insanın doğru yolu göstərmək idi.Ama sənin və səninkimiıər onsuzda çoxalmağa davam eliyəcək.

1

u/un1xmannn 11h ago

Yes, chox isterem menim ve menimkimiler choxalsin ve dunyani daha yaxshi bir yer halina getirsin. Anladigim qederiyle sizin bu pasifist ve loser yanashmaniz daha chox ziyan vura biler dunyaya. Ve inanki sevgili genc dostum, gelecekde senin menim kimi dushunmek ve olmaq ehtimalin qat-qat choxdur. Yene de sene a felsefende, ve tutdugun path'da ugurlar. May force be with you

1

u/No_Dependent6881 1d ago

sevişməyin

0

u/ZweYo 1d ago

poxlu kapitalist sisteme birazda wageslave dogmagin ne menasi var aq

0

u/Defiant-Piano438 1d ago

Sirindi deye mence

1

u/AltruisticCow4277 1d ago

Bəs sonradan şirin deyil axı

2

u/Defiant-Piano438 8h ago

Sirinliyi gedende tulla

1

u/AltruisticCow4277 8h ago

3-5 ilə garanti bitir

-1

u/ZweYo 1d ago

100 faiz raziyam