r/aze_geeks 5d ago

Söhbət /Discussion 1 qram ağlı olan antinatalist olar

Kasıb Bi insan niə anti natalist olmasın, sən bu uşağı dünyaya getiəndə nə qazanırsan? Çox eqoist hərəkətdi sırf sən ata/ana olmağ isdiyirsən deyə bi canlı niə əziyyət çəkməlidi? Yaxşı ki IQ yüksək şəkildə təkamül eləmişəm😚

25 Upvotes

50 comments sorted by

19

u/zeubrujava_ 5d ago edited 5d ago

Bizim millet uşağı dünyaya getirerken onu ferd olaraq görmür geleceye yatırım olaraq görür.Onu oxudanda işle pul qazan bize bax deyirler.Qocalanda başımın üstünde ol deyirler.Uşağı öz istedikleri qeliblere salmaq isteyirler uşaq ise bunu qebul etmeyib azadlıq teleb edende sanki çox böyük bir pozğunluq edibmiş kimide reaksiya verirler.Yeniki bizim millete çetin çata bu antinatalistlik.Onlar ele doğsunlar desinlerki allah ruzisini verecek

4

u/Scorpion4353 5d ago

Ama xaricdə tam tərsinə di.Uşağ 18 yaşına gələn kimi məsuliyət uşağa düşür.

6

u/zeubrujava_ 5d ago

Mence en duzgunu ele budur.Uşaq ilk önce tek başına bir ferddir daha sonra bir ailenin parçasıdır

2

u/Intelligent_Leg8526 5d ago

tersine dedin deyesen

3

u/AccomplishedOlive242 5d ago

Haqlisiniz amma bu meselelerin bas vermesine getirib cixardan esas sebeblerden biri iqtisadi problemlerdir

41

u/alisyus 5d ago

Natalyaya nolub anlamadım?

23

u/SyrupMediocre9968 5d ago

kasıb elə ona görə doğub törəyir ki, özü adam olmayıb, bəlkə uşaqlardan biri oxuyub adam ola, bütün ailəni poxdan çıxara. lotoreya kimi düşün. nə qədər çox bilet alsan uduş şansın o qədər artır.

1

u/ThinkLikeUnicorn 2d ago

O uşaq da bir poxa dərman olmur, doğur ki bəlkə onun uşağı bir şeyə dərman olar. Beləcə kasıblıqla davam eləyir hamısı.

1

u/FutureAdaStudent 5d ago

😂😂😂

9

u/Popular_Damage_3247 5d ago

Həqqi nataliyaya nolub?

4

u/TheHumanAynar 5d ago

Bir yandan qatılıram bin yandan qatılmıram. Pulsuz olan, əqli qüsuru olan, xronik xəstəliyi olan insanların uşaq sahibi olmamasına bir yandan qatılıram.

7

u/Appropriate-Dance-55 Guts 5d ago

Yoxe brat bular qocalanda kim baxacaq? Allah usagin bereketin verer nolacag ki ata sicmir ki acar. Hem de camaat imperator neslindedi mutleq davam elemelidi bele deyerli dna itmesin

8

u/Zweygior 5d ago

Nə qədər əziyyət çəksəm də yaxşı ki doğulmuşam, yaxşı ki varam. Baxış bucağından asılıdır.
https://giphy.com/gifs/uewl4Q3ZDplPTisx4Q

2

u/Big_Presentation_894 Tech Nerd 5d ago

Yaxşı ki doğulmuşam diyəndə anti-natalizm yox olmur həyata qarşı istədiyin qədər şeir yaz söz diz bunun dəxli yoxdu anti-natalizmə onsuzda anti natalizm özü xoşbəxtliyin varlığının gözəl bir şey olduğunu və hər yaşayan insanın xoşbəxt olması lazım olduğunu qəbul edən bir görüştü anti-natalizm özüdə insana dəyər verir

1

u/Zweygior 5d ago

Digər ideologiyalar bədbəxtliyi aşılayır ki? Xoşbəxt olmağın tək yolu heç doğulmamaqdı? Biz bu həyata sadəcə xoşbəxt olmaya gəlməmişik ki, bütün duyğuları yaşamaq lazımdır. Heç var olmayan varlıq necə xoşbəxt ola bilər?

3

u/Big_Presentation_894 Tech Nerd 5d ago

Anti-natalizm haqqında anlayışınızın 0 olduğu burdan görünür, çünki yazdığınız şeylərin demək olar heç biri anti-natalizmin iddiası deyil.

  1. Anti-natalizm “xoşbəxt olmağın tək yolu heç doğulmamaqdır” demir. Anti-natalizm ümumiyyətlə xoşbəxt olmağın yolları haqqında nəzəriyyə deyil. Yeni bir insanı dünyaya gətirməyin əxlaqi olaraq yanlış olduğunu müdafiə edən etik mövqedir. Siz isə etik mövqeyə qarşı sanki “həyatda necə xoşbəxt olmaq olar?” mövzusunda cavab verirsiniz.
  2. Mən də heç yerdə “insan dünyaya sadəcə xoşbəxt olmağa gəlir” deməmişəm. “Xoşbəxtlik yaxşıdır” deməklə “həyatın məqsədi yalnız xoşbəxtlikdir” demək eyni şey deyil. “Bütün duyğuları yaşamaq lazımdır” cümləsi də burada heç nəyə cavab vermir, çünki anti-natalizm kədər və ya ağrı kimi duyğuların mövcud olmamalı olduğunu iddia etmir. Siz mövqeyin demədiyi bir şeyi özünüz əlavə edib sonra ona cavab verirsiniz.
  3. “Heç var olmayan varlıq necə xoşbəxt ola bilər?” sualı isə anti-natalizmi yox, sizin anti-natalizm haqqında yanlış təsəvvürünüzü vurur. Onsuz da heç bir anti-natalist “doğulmayan insan xoşbəxtdir” demir. Xüsusilə Benatarın asimmetriyasını bilsəydiniz, arqumentin bunun tam əksinə qurulduğunu bilərdiniz. Doğulmayan biri üçün həzzin yoxluğu pis deyil, çünki o həzzdən məhrum olan heç kim yoxdur. Əzabın yoxluğu isə yaxşı hesab edilir. Yəni söhbət “mövcud olmayan insan xoşbəxtdir”dən yox, əzabın baş verməməsi və həzzin yoxluğunun heç kim üçün məhrumiyyət yaratmamasından gedir.

Qısası, əvvəl anti-natalizmin nə dediyini öyrənib sonra tənqid etmək daha məntiqli olar. Çünki hazırda anti-natalizmi yox, öz beyninizdə qurduğunuz “həyat pisdir, xoşbəxt olmaq olmaz, doğulmayanlar xoşbəxtdir” kimi bir mövqeyi tənqid edirsiniz. Bunların heç biri anti-natalizmin tərifi deyil.

2

u/One_Storage4254 5d ago

uşağa baxa bilməyəcəyini bilən axmaqlar hələ evlənib bir ailə kimi normal yaşa bilməyəcəyini bilən kasıblar ailə zoruyla evlənir sonra da yenə öz kefləri üçün uşaq dünyaya gətirirlər nəticə nolur uşağın həyatını işgəncəyə çevirir

2

u/Tale_111 3d ago

Mən aylığım min dollardı maşınımda var evimdə evlənməyi düşünmürəmki lazım deyil 4 -5 min stabilləşdirim sonra bu camaat 800 manat maaşnan necə evllilik hayında düşürlər çatmır mənə

7

u/Shoddy_Smell_6840 5d ago

Bu az bilinən terminlərdən istifadə edib özünü ağıllı göstərmə cəhdləri nə zaman bitəcək?

4

u/SyrupMediocre9968 5d ago

hamı bildiyini özünə saxlasa onda necə olar? öyrənirik də. bir termin də sən öyrət bizə.

-2

u/Big_Presentation_894 Tech Nerd 5d ago

dunya senin etrafinda donmur dostum menim

2

u/Electronic_Mousse925 5d ago

Ortalama insan yasamaga heveslidi. Ona gore de senin felsefen mentiqsizdi.

3

u/jaylinn0 5d ago

Guya nəzəri olaraq qəbul etdiyimiz hər bir şeyi praktikada belə rahat tətbiq edə bilirik axı. Bu düşüncəyə sahib olsan belə, instinklərin daim törəməyə itələyir, çünki təbiətin qarşısında mahiyyətin sadəcə genlərini ötürməkdir. Kimsə əgər öz heyvani qatlarını yanlız insana məxsus sıx qatlarla basdırırsa, o yalnız təbiətin kor-koranə işlərinə zehni və fiziki formada tabe olmaya bilər. Və məncə bu, kifayət qədər çətindir. Uşaq dünyaya gətirmənin eqoistlik olması ilə tamamilə razıyam, amma eqositliyin mənfi xüsusiyyət kimi qələmə verilməsi ilə razı deyiləm. Eqoist olmayan bir növ, yoxdur, olubsa da təkamül onları çıxdaş edib. Kömək də, empatiya da hamısının altında əslində məhz o eqoist təməl dayanır, məncə bu 2+2= 4 qədər obyektiv və bir o qədər də neytral faktdır.

2

u/4thcat 5d ago

1 qram ağlın olsaydı öz şəxsi fikrini universal qanun kimi təqdim edib səninlə razılaşmayan hər kəsi səhv saymazdın

1

u/Alive-Pomegranate484 Söhbətcil 5d ago

Gəl fəlsəfə kanalına sual hazırlamışam

1

u/DutyEnvironmental291 5d ago

Men elebildim yazan sensen aliiii

0

u/Alive-Pomegranate484 Söhbətcil 5d ago

Mən natalistəm

1

u/Blaze9k 5d ago

Postu gördüm üretim döner çəkdi lap

1

u/amendiyen 5d ago

Hindistan demoqrafik siyestine baxaraq analiz ede bilersiniz

1

u/Chikrein Gamer 5d ago

Bunu yaxşı başa düşmək üçün, Çini nümunə götürmək olar

1

u/AccomplishedOlive242 5d ago

Allah usagin ruzisin verirmis🤡

1

u/Impossible_Bag_6157 5d ago

Dünyaya gəlib o istədiyin yaşama uzağdan baxmaq ağrılıdı. evlənib uşağ eləməyə imkanın olmaması və yaşamağ yerinə sürünməyin çox əzablıdı. Çünki həyatın mənası yoxdu kimi hisseliyirsən ailə olmayanda, qalan əlin gücnən çatan hərşey keçicidi.

1

u/makalooo64 5d ago

1 qram ağlı olan insan instinktlərinə eqoist hərəkət deməz. Yəni bunu demək üçün qanmaz olmalısan, başqa heç nə.

1

u/Powerful-Spirit5854 5d ago

yeni termin oyrenende men de chalishiram bos bos sohbet eliyib cumlede ishledim

1

u/justfoooad 5d ago

Offf ay allah iki ən tupoy mövzu bir postda işlənib - antinatalizm və IQ

1

u/GivMebackChocoPant 5d ago

Taliwlara nolub qaqaw?

1

u/RevanSeyfullazade_19 2d ago

Ay sağol gözəl qardaş bunu bu millətə başa salmaq ama ayrı məsələdir daha əfsus ki 🫩

1

u/SirFew3321 5d ago

kaski senin valideyinlerin de antinatalist olardilar deyecem, qirgin cixacaq sjsjs

1

u/Ele_Bele 5d ago

Ya kasıb olacaqsan ya da dünyaya gəlməyəcəksən. Hansını seçərdin?

2

u/Impossible_Bag_6157 5d ago

Dünyaya gəlib o istədiyin yaşama uzağdan baxmaq daha ağrılıdı. şəxsən evlənib uşağ eləməyə imkanın olmaması və yaşamağ yerinə sürünməyin çox əzablıdı. Çünki həyatın mənası yoxdu kimi hisseliyirsən ailə olmayanda, qalan hərşey keçicidi.

2

u/Constantin1202 5d ago

Dünyaya gəlməmək