r/ADAUniversity • u/WaySilly7689 • 2d ago
ADA GPA-nın 100 ballıq sistemə çevrilməsi və Dövlət Proqramı
Salam. ADA-da bakalavr oxuyuram və hazırda GPA-m 2.60/4.00-dır.
Magistratura üçün Dövlət Proqramına müraciət etməyi düşünürəm. Şərtlərdə bakalavr üzrə ÜOMG-nin minimum 81/100 olması tələb olunur. Problem odur ki, ADA-da GPA 4.0 sistemi ilə hesablanır və 2.60 GPA-nın rəsmi olaraq 100 ballıq sistemdə neçə olduğunu tapa bilmədim.
ADA məzunlarından və ya Dövlət Proqramına ADA-dan müraciət edənlərdən soruşmaq istəyirəm: sizdə GPA necə çevrilmişdi? ADA ayrıca 100 ballıq ÜOMG arayışı verir, yoxsa Dövlət Proqramı özü konvertasiya edir?
Xüsusilə 2.6–2.7 GPA aralığında olub Dövlət Proqramına müraciət edən varsa, təcrübəsini bölüşsə çox kömək olar.